-
Həvarilərin işləri 16:20, 21Müqəddəs Kitab
-
-
20 Onları mülki məmurların yanına gətirib dedilər: «Bu yəhudilər şəhərimizin asayişini pozur,+ 21 öz adət-ənənələrini təbliğ edirlər. Biz Roma vətəndaşları üçün bu adətləri qəbul etmək, yaxud onlara əməl etmək yolverilməzdir».
-
-
Həvarilərin işləri 17:6, 7Müqəddəs Kitab
-
-
6 Onları tapmayanda Yasonu və bir neçə qardaşı şəhər rəhbərlərinin yanına sürüyüb gətirdilər və çığır-bağır saldılar: «Bütün aləmi bir-birinə vurmuş bu adamlar indi də bura gəliblər.+ 7 Yason da onları evində qonaq edib. Bu adamların hamısı İsa adında başqa bir padşah+ olduğunu deyib Sezarın fərmanlarına qarşı çıxırlar».
-