-
Lavililər 6:14Müqəddəs Kitab
-
-
14 Taxıl təqdiməsinə dair qanun belədir:+ Harun oğulları onu Yehovanın hüzurunda, qurbangahın qarşısında təqdim etməlidirlər.
-
-
Saylar 18:30, 31Müqəddəs Kitab
-
-
30 Onlara belə de: “Onların ən yaxşısını bəxşiş olaraq verəndən sonra yerdə qalan lavililərin xırmanının taxılı, üzümsıxanının və ya zeytunsıxanının məhsulu sayılacaq. 31 Siz və ev əhliniz onu istədiyiniz yerdə yeyə bilərsiniz, çünki bu, Hüzur çadırında çəkdiyiniz zəhmətin əvəzidir.+
-
-
Qanunun təkrarı 18:1Müqəddəs Kitab
-
-
18 Lavili kahinlərə, ümumiyyətlə, bütün Lavi qəbiləsinə israillilərlə birgə pay, yaxud irs verilməyəcək. Onlar Yehova üçün odda yandırılan təqdimələrlə, Onun payı ilə dolanacaqlar.+
-