-
Romalılara 4:11, 12Müqəddəs Kitab
-
-
11 İbrahim hələ sünnət edilməmişdən əvvəl imanı ilə qazandığı salehliyin möhürü kimi* bir nişan aldı.+ Bu nişan sünnətdir. Beləcə, o, sünnətsiz halda iman gətirənlərin atası oldu+ ki, onlar da saleh sayılsınlar. 12 O həmçinin sünnət edilmiş nəslin: həm sünnətə sadiq qalmış, həm də özünün hələ sünnət edilməmişdən əvvəl sahib olduğu imanın yolunda yeriyənlərin atası oldu.+
-