-
1 Timutiyə 3:2—7Müqəddəs Kitab
-
-
2 Elə isə nəzarətçi qüsursuz, tək bir qadınla evli, hər şeydə həddini bilən, sağlam düşüncəli,+ nizam-intizamlı, qonaqpərvər,+ təlim verməkdə səriştəli,+ 3 dərrakəli olmalıdır.+ O, sərxoşluq etməməli,+ zorakı, davakar+ və pulpərəst olmamalıdır.+ 4 Ailəsini yaxşı idarə etməli, uşaqları itaətkar və tərbiyəli olmalıdır.+ 5 (Axı insan öz ailəsini idarə edə bilmirsə, Allahın yığıncağının qayğısına necə qalacaq?) 6 O həmçinin imana təzə gələnlərdən+ olmamalıdır ki, qürrələnib İblisə çıxarılmış hökmə düçar olmasın. 7 Bundan əlavə, kənar adamlar da onun haqqında yaxşı fikirdə olmalıdırlar+ ki, heç kim onu qınamasın və o, İblisin tələsinə düşməsin.
-