7 Kahin qandan həmçinin Hüzur çadırında, Yehovanın önündə olan buxur qurbangahının buynuzlarına çəkməlidir.+ Buğanın qalan qanını isə Hüzur çadırının girişinin yanındakı yandırma qurbanı üçün olan qurbangahın dibinə tökməlidir.+
3 Sonra başqa bir mələk gəlib qurbangahın+ yanında durdu. Onun əlində qızıl buxurdan+ vardı. Ona çoxlu buxur verildi və o, bu buxuru bütün müqəddəslərin duaları ilə birlikdə taxtın qarşısındakı qızıl qurbangahda+ təqdim etməli idi.