Lavililər
4 Sonra Yehova Musaya dedi: 2 «İsrail oğullarına belə de: “Kimsə bilmədən Yehovanın qadağan etdiyi işi görüb günaha batanda belə etməlisiniz:+
3 Əgər məsh olunmuş kahin+ xalqa da suç qazandıran günah işləyərsə,+ günahına görə Yehovaya günah qurbanı kimi sağlam, cavan buğa təqdim etməlidir.+ 4 O, buğanı Yehovanın önünə, Hüzur çadırının girişinə+ gətirməli, əlini heyvanın başına qoymalı və Yehovanın önündə kəsməlidir.+ 5 Sonra məsh olunmuş kahin+ buğanın qanından götürüb Hüzur çadırına girməlidir. 6 Barmağını qana batıraraq+ Yehovanın önündə, müqəddəs məkanın pərdəsinin qabağında yeddi dəfə damcılatmalıdır.+ 7 Kahin qandan həmçinin Hüzur çadırında, Yehovanın önündə olan buxur qurbangahının buynuzlarına çəkməlidir.+ Buğanın qalan qanını isə Hüzur çadırının girişinin yanındakı yandırma qurbanı üçün olan qurbangahın dibinə tökməlidir.+
8 Sonra o, iç piyi və bağırsaqları örtən piy daxil olmaqla, buğanın bütün piyini, 9 hər iki böyrəyini və onların üstündəki, yəni bel nahiyəsindəki piyi çıxarmalıdır. O həmçinin böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi də çıxarmalıdır.+ 10 Ünsiyyət qurbanı kimi gətirilən buğadan nə çıxarılırsa, bu buğadan da eyni şeylər çıxarılmalıdır.+ Kahin onları yandırma qurbanı üçün olan qurbangahın üstündə yandırmalıdır.
11 Lakin buğanın dərisini, ətini, başını, ayaqlarını, bağırsağını, nəcisini,+ 12 bir sözlə, buğanın bütün qalan hissələrini düşərgədən kənara, kül atılan pak bir yerə çıxartdırıb odunun üstündə yandırsın.+ Bunlar kül atılan yerdə yandırılmalıdır.
13 Bütün İsrail icması bilmədən suç işləyib günaha batar,+ Yehovanın qoyduğu qadağanı pozduqlarından bixəbər olarlarsa,+ 14 bu aşkar olanda, onlar Hüzur çadırının yanına günah qurbanı kimi bir cavan buğa gətirməlidirlər. 15 İcmanın ağsaqqalları əllərini Yehovanın önündə buğanın başına qoysunlar və o, Yehovanın önündə kəsilsin.
16 Sonra məsh olunmuş kahin buğanın qanından götürüb Hüzur çadırına girməlidir. 17 Barmağını qana batıraraq Yehovanın önündə, müqəddəs məkanın pərdəsinin+ qabağında yeddi dəfə damcılatmalıdır. 18 Kahin qandan həmçinin Hüzur çadırında, Yehovanın önündə olan qurbangahın+ buynuzlarına çəkməlidir. Buğanın qalan qanını isə Hüzur çadırının girişinin yanındakı yandırma qurbanı üçün olan qurbangahın dibinə töksün.+ 19 O, heyvanın bütün piyini çıxarıb qurbangahda yandırmalıdır.+ 20 Günah qurbanı olan o biri buğa ilə nə etmişdisə, eyni şeyi bu buğa ilə də etsin; qoy hər şeyi məhz belə etsin. Beləliklə, kahin xalq üçün kəffarə vermiş olacaq+ və xalqın günahı bağışlanacaq. 21 Kahin bu buğanı da düşərgədən kənara çıxartdırıb birinci buğanı yandırdığı kimi yandırmalıdır.+ Bu, xalq üçün təqdim olunan günah qurbanıdır.+
22 Xalqın başçılarından+ biri bilmədən Allahı Yehovanın qadağan etdiyi işi görüb günaha batarsa, 23 yaxud xəbər tutarsa ki, hansısa əmri pozaraq günaha batıb, onda o, qurban olaraq sağlam, cavan təkə gətirməlidir. 24 O, əlini təkənin başına qoymalı və onu Yehovanın önündə yandırma qurbanları kəsilən yerdə kəsməlidir.+ Bu, günah qurbanıdır. 25 Kahin barmağını qana batıraraq yandırma qurbanı üçün olan qurbangahın buynuzlarına çəkməlidir.+ Qalan qanı isə yandırma qurbanı üçün olan qurbangahın dibinə tökməlidir.+ 26 O, ünsiyyət qurbanının piyi kimi, bu heyvanın da bütün piyini qurbangahda yandırmalıdır.+ Beləliklə, kahin onun üçün günahının kəffarəsini vermiş olacaq və onun günahı bağışlanacaq.
27 Xalqın içindən kimsə bilmədən Yehovanın qadağan etdiyi işi görüb günaha batarsa,+ 28 yaxud günah işlədiyindən xəbər tutarsa, onda işlədiyi günaha görə qurban olaraq sağlam, cavan dişi keçi gətirməlidir. 29 O, əlini keçinin başına qoymalı və onu yandırma qurbanları kəsilən yerdə kəsməlidir.+ 30 Kahin barmağını qana batıraraq yandırma qurbanı üçün olan qurbangahın buynuzlarına çəksin. Qalan qanı isə qurbangahın dibinə töksün.+ 31 O, ünsiyyət qurbanının piyi kimi, bu heyvanın da bütün piyini çıxarıb+ Yehovaya xoş olan ətir kimi qurbangahda yandırmalıdır.+ Beləliklə, kahin o adam üçün kəffarə vermiş olacaq və onun günahı bağışlanacaq.
32 Əgər o, günah qurbanı kimi quzu gətirmək istəsə, sağlam dişi heyvan gətirməlidir. 33 O, əlini quzunun başına qoymalı və onu yandırma qurbanları kəsilən yerdə günah qurbanı olaraq kəsməlidir.+ 34 Kahin barmağını qana batıraraq yandırma qurbanı üçün olan qurbangahın buynuzlarına çəksin.+ Qalan qanı isə qurbangahın dibinə töksün. 35 O, ünsiyyət qurbanı olaraq gətirilən cavan qoçun piyi kimi, bu heyvanın da bütün piyini çıxarmalı və qurbangahda, Yehova üçün odda yandırılan təqdimələrin üstündə yandırmalıdır.+ Beləliklə, kahin onun üçün işlədiyi günahın kəffarəsini vermiş olacaq və onun günahı bağışlanacaq.+