Zəbur
Dirijora. Mutlabben* üçün. Davudun məzmuru.
א [Alef]*
2 Fərəhim, hədsiz sevincim Sənsən,
Adını nəğmələrdə tərənnüm edərəm, ey Haqq-Taala!+
ב [Bet]
3 Düşmənlər geri çəkiləndə+
Büdrəyib önündən yox olacaqlar.
4 Mənim haqq işimi müdafiə edirsən;
Taxtına əyləşərək ədalətlə hökm edirsən.+
ג [Qimel]
5 Xalqları məzəmmət etdin,+ pislərin kökünü kəsdin,
Adlarını əbədilik sildin.
ה [He]
ו [Vav]
ז [Zayn]
11 Sionda yaşayan Yehovanı nəğmələrdə tərənnüm edin,
Xalqlar arasında işlərindən danışın!+
ח [Xet]
13 Lütf et, ey Yehova, ey məni ölüm qapılarından qaldıran,+
Mənə nifrət edənlərin zülmünü gör.
ט [Tet]
15 Xalqlar qazdıqları quyuya özləri düşüb,
Ayaqları sərdikləri tora ilişib.+
16 Yehova icra etdiyi hökmlərlə tanınır.+
Şər adam öz əməllərinin tələsinə düşüb.+
Hiqqayon*. (Selah)
י [Yud]
17 Şər adamlar, Allahı unudan bütün xalqlar
Məzara* gedəcək.
כ [Kaf]
19 Qalx, ey Yehova! Qoyma fani insan üstün gəlsin,
Qoy xalqlar Sənin önündə məhkum edilsin.+
20 Ey Yehova, xalqların canına qorxu sal,+
Qoy bilsinlər ki, fani insandırlar. (Selah)