Koloslulara məktub
1 Allahın iradəsilə Məsih İsanın həvarisi olan Bulusdan və qardaşımız Timutidən+ 2 Məsihlə vəhdətdə olan Kolosdakı müqəddəs və vəfalı qardaşlara məktub.
Atamız Allahdan gələn lütf və sülh sizə yar olsun.
3 Sizin üçün hər dəfə dua edəndə Allaha, Ağamız İsa Məsihin Atasına şükür edirik, 4 çünki Məsih İsaya olan imanınız və bütün müqəddəslərə bəslədiyiniz məhəbbət haqqında xəbərimiz var. 5 Bu, sizin üçün göylərdə qorunub saxlanılan+ ümiddən doğur. Siz bu ümid haqqında sizə çatdırılmış həqiqət xəbəri, yəni müjdə vasitəsilə eşitmişdiniz. 6 Bu müjdə bütün dünyada bar gətirib yayıldığı kimi,+ Allahın lütfü haqqındakı həqiqəti eşidib öyrəndiyiniz gündən bəri sizdə də bar gətirib yayılır. 7 Siz bizim kimi qul olan əzizimiz Epafrasdan məhz bunu öyrəndiniz. Epafras+ Məsihin sadiq xidmətçisi kimi bizim yerimizə çalışır. 8 Müqəddəs ruhun köməyi ilə yetişdirdiyiniz məhəbbət haqqında da bizə o danışıb.
9 Buna görə də biz bunu eşitdiyimiz gündən bəri sizdən ötrü həmişə dua edir+ və diləyirik ki, siz Allahın iradəsi haqqındakı dəqiq biliklə aşıb-daşasınız,+ buna tam hikmətlə və ruhun verdiyi dərrakə ilə sahib olasınız.+ 10 Beləcə, Yehovanın adına layiq yaşayasınız ki, hər bir yaxşı işdə bəhrə gətirərək və get-gedə Allahı yaxından tanıyaraq+ Onu tam razı salasınız. 11 Hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün Onun şanlı qüdrətindən böyük güc alasınız+ 12 və nurda olan müqəddəslərə+ çatacaq mirasdan pay almaq üçün sizi yararlı edən Ataya şükür edəsiniz.
13 O, bizi zülmətin hakimiyyətindən+ qurtardı və sevimli Oğlunun padşahlığına köçürtdü. 14 Biz Oğulun fidyəsi vasitəsilə qurtuluşa, yəni günahlarımızın əfvinə yetişmişik.+ 15 O, gözəgörünməz Allahın bənzəri,+ bütün xilqətin ilkidir.+ 16 Çünki göydə və yerdə olan hər şey, görünən və görünməyən şeylər:+ taxt-tac, iqtidar, hökumətlər, hakimiyyət onun vasitəsilə yarandı. Hər şey onun vasitəsilə+ və onun üçün yaradılıb. 17 O, hər şeyin əzəlidir,+ hər şey onun vasitəsilə mövcud olub. 18 Oğul bədənin, yəni yığıncağın başıdır.+ O, başlanğıcdır, ilk dirilən odur.+ Beləcə, o, hər şeydə ilkdir. 19 Çünki Allah hər şeyin onda tamamlanmasını,+ 20 onun vasitəsilə yerdəkilərin və göydəkilərin hamısını Özü ilə barışdırmağı+ məqbul bildi. Bu barışıq onun işgəncə dirəyi üzərində axıdılmış qanı vasitəsilə+ mümkün oldu.
21 Bəli, bir vaxtlar ağlınız pis işlərə meyilli olduğundan siz Allaha qarşı yadlaşmış və düşmən olmuşdunuz. 22 İndi isə O, canını* qurban vermiş Oğlunun ölümü vasitəsilə sizi Özü ilə barışdırdı ki, sizi müqəddəs, pak və qüsursuz halda Öz hüzuruna çıxarsın.+ 23 Əlbəttə, bunun üçün gərək siz imanınızı qoruyasınız,+ iman təməli+ üzərində möhkəm, mətin dayanıb+ eşitdiyiniz müjdənin verdiyi ümiddən uzaqlaşmayasınız. Bu müjdə səma altında yaşayanların hamısına təbliğ edilib.+ Mən Bulus da bu müjdənin xidmətçisi olmuşam.+
24 İndi mən sizin uğrunuzda əzab çəkdiyimə sevinirəm.+ Mən Məsihə görə payıma düşən iztirabların hamısını hələ çəkib qurtarmamışam. Bu iztirabları onun bədəni+ olan yığıncaq+ uğrunda çəkirəm. 25 Sizin xeyriniz üçün Allahın mənə həvalə etdiyi nökərbaşı vəzifəsinə+ əsasən, mən bu yığıncağın xidmətçisi oldum ki, Allahın sözünü, 26 yəni qədim dövrlərdən, keçmiş nəsillərdən gizlədilmiş+ müqəddəs sirri+ tam təbliğ edim. Bu sirr indi Onun müqəddəslərinə açılıb.+ 27 Allah digər xalqlar arasında açılan bu müqəddəs sirrin+ möhtəşəm zənginliyini onlara bildirməyi münasib bildi. Bu sirr sizinlə vəhdətdə olan Məsihdir, onun calalına şərik olmaq ümididir.+ 28 Biz onun haqqında təbliğ edirik, hər kəsə nəsihət veririk, hər kəsi tam hikmətlə öyrədirik ki, hər bir insanı Məsihin yetkin davamçısı kimi Allaha təqdim edək.+ 29 Bu məqsədə çatmaq üçün mən əlimdən gələni edirəm və məndə böyük qüdrətlə fəaliyyət göstərən gücün sayəsində canla-başla çalışıram.+