Üzeyir
1 Ərəmya vasitəsilə Yehovanın dediyi söz+ həyata keçsin deyə, Fars şahı Kuruşun*+ hakimiyyətinin birinci ilində, Yehova Kuruşun ürəyində istək oyatdı. Şah fərman yazıb bütün səltənətində car çəkdirdi:+
2 «Fars şahı Kuruş belə deyir: “Göylərin Allahı Yehova dünyanın bütün səltənətlərini mənə verib+ və mənə Yəhudada, Yerusəlimdə Ona ev tikməyi buyurub.+ 3 Aranızda Onun xalqına mənsub olan hər kəsə Allahı yar olsun! Qoy o adam Yəhudaya, Yerusəlimə getsin və Allahın, İsrailin Allahı Yehovanın Yerusəlimdəki evini yenidən tiksin*. 4 Qoy geri qayıdanlara qonşuları kömək etsinlər.+ Onlara qızıl, gümüş, heyvanlar, əşyalar, həmçinin Allahın Yerusəlimdəki evi üçün könüllü təqdimələr versinlər”».+
5 Onda Allahın təşviq etdiyi hər kəs: Yəhuda və Binyamin qəbilələrinin nəsil başçıları, kahinlər, lavililər yola düşməyə və Yehovanın Yerusəlimdəki evini inşa etməyə hazırlaşdı. 6 Bütün qonşuları onlara kömək etdi. Onlara könüllü təqdimələrlə yanaşı, cürbəcür şeylər, gümüş əşyalar, qızıl, heyvanlar və qiymətli əşyalar verdilər.
7 Həmçinin şah Kuruş Yehovanın evinə məxsus olan əşyaları çıxartdı. Bu əşyaları Navuxodonosor Yerusəlimdən gətirib öz allahının evinə qoymuşdu.+ 8 Fars şahı Kuruş onları xəzinədar Mitridadın nəzarəti altında gətizdirdi. Mitridad Yəhuda başçısı Şeşbassar*+ üçün əşyaların siyahısını tutdu.
9 Əşyalar bunlar idi: 30 ədəd qızıl səbət, 1000 ədəd gümüş səbət, 29 ədəd ehtiyat qab, 10 həmçinin 30 ədəd qızıl masqura, 410 ədəd gümüş masqura və 1000 ədəd başqa əşya. 11 Bütün qızıl və gümüş əşyaların sayı 5400 ədəd idi. Şeşbassar əsirləri+ Babildən Yerusəlimə gətirəndə bütün bu əşyaları özü ilə götürüb gətirdi.