Hakimlər
13 İsraillilər yenə də Yehovanın önündə pis işlər gördülər.+ Yehova da onları qırx il filiştlilərə tabe etdi.+
2 O vaxt Dan+ qəbiləsindən Mənuh+ adlı sorahlı+ bir kişi vardı. Onun arvadı sonsuz idi, uşağı olmurdu.+ 3 Bir dəfə Yehovanın mələyi qadına görünüb dedi: «Sən sonsuzsan, uşağın olmur. Ancaq indi hamilə qalıb bir oğul doğacaqsan.+ 4 Məbada dilinə şərab, başqa kefləndirici içki,+ nə də haram bir şey vurasan.+ 5 Sən hamilə qalıb bir oğul doğacaqsan. Onun başına ülgüc dəyməməlidir.+ Çünki uşaq dünyaya gələndən Allahın nəzirisi olacaq və İsraili filiştlilərdən qurtaracaq».+
6 Qadın gedib ərinə dedi: «Yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyinə oxşayırdı, görkəmindən əzəmət yağırdı. Mən onun haradan gəldiyini soruşmadım, o da mənə adını demədi.+ 7 Təkcə bunu dedi: “Hamilə qalıb oğul doğacaqsan. Məbada şərab və ya başqa kefləndirici içki içəsən, dilinə haram bir şey vurasan. Çünki uşaq dünyaya gələndən ta ölənədək Allahın nəzirisi olacaq”».
8 Mənuh Allaha yalvarıb dedi: «Yehova, nə olar, qoy göndərdiyin Allah adamı yenə gəlsin və bizə başa salsın ki, uşağı necə tərbiyə etməliyik». 9 Allah Mənuhu eşitdi, Allahın mələyi yenə qadının yanına gəldi. Qadın bayırda oturmuşdu, əri Mənuh onunla deyildi. 10 Qadın tez ərinin yanına qaçıb dedi: «Ogünkü adam yenə gəlib».+
11 Mənuh arvadı ilə gəlib həmin adama dedi: «Arvadımla danışan sən idin?» O: «Mən idim», — deyə cavab verdi. 12 Mənuh ona dedi: «Təki dediklərin çin olsun! Bəs uşaq hansı yolun yolçusu olacaq, nə işin sahibi olacaq?»+ 13 Yehovanın mələyi Mənuha dedi: «Qoy arvadın ona söylədiyim şeylərdən uzaq dursun.+ 14 Meynə məhsullarından heç nə yeməsin, nə şərab, nə başqa kefləndirici içki içməsin,+ dilinə heç bir haram şey vurmasın.+ Ona buyurduğum hər şeyi yerinə yetirsin».
15 Mənuh Yehovanın mələyinə dedi: «Rica edirəm, ayaq saxla, qoy sənin üçün oğlaq kəsək».+ 16 Yehovanın mələyi Mənuha cavab verdi: «Lap qalsam da, yemək yeməyəcəyəm. Yox əgər Yehovaya yandırma qurbanı təqdim etmək istəyirsənsə, onda buyur, elə». Mənuh bilmirdi ki, qarşısındakı Yehovanın mələyidir. 17 O, Yehovanın mələyindən soruşdu: «Sənin adın nədir?+ Adını söylə ki, dediklərin yerinə yetəndə sənə alqış oxuyaq». 18 Lakin Yehovanın mələyi ona dedi: «Adımı nə edirsən? Adım xariqüladədir».
19 Sonra Mənuh bir oğlaq və taxıl təqdiməsi götürüb, daşın üstündə Yehovaya təqdim etdi. Mənuhla arvadı durub baxarkən O, qəribə bir şey etdi. 20 Qurbangahdan alov çıxıb göyə qalxanda Yehovanın mələyi Mənuhla arvadının gözü qabağında alovun içində göyə qalxdı. Onların ikisi də üzüstə yerə döşəndi. 21 Yehovanın mələyi daha Mənuhla arvadına görünmədi. Onda Mənuh başa düşdü ki, sən demə, bu, Yehovanın mələyi imiş.+ 22 O, arvadına dedi: «Biz Allahı görmüşük, hökmən öləcəyik».+ 23 Arvadı isə ona dedi: «Yehova bizi öldürmək istəsəydi, bizdən yandırma qurbanını, taxıl təqdiməsini qəbul etməzdi.+ O, bütün bunları bizə göstərməzdi, bu şeyləri bizə deməzdi».
24 Vaxt-vədə yetişdi, qadının bir oğlu oldu və adını Şimşon+ qoydu. Uşaq böyüyür, Yehova onu saxlayırdı. 25 Bir müddət sonra Sorah ilə Əştul+ arasında, Mahane-Danda+ Yehovanın ruhu onun üzərinə endi*.+