Çıxış
30 Buxur yandırmaq üçün akasiya ağacından qurbangah düzəldin.+ 2 Qurbangah dördbucaq şəklində olsun, eni və uzunu bir qulac*, hündürlüyü isə iki qulac. Buynuzları qurbangahla bir bütöv olmalıdır.+ 3 Qurbangahın hər yerinə, üstünə, yanlarına və buynuzlarına xalis qızıl çəkin. Kənarlarına qızıldan haşiyə vurun. 4 Hər tərəfdə iki-iki olmaqla, iki tərəfdə haşiyənin altına qızıl halqa bərkidin. Qurbangahı daşıyanda şüvülləri bu halqalardan keçirəcəksiniz. 5 Şüvülləri akasiya ağacından düzəldin və üstünə qızıl çəkin. 6 Qurbangahı Şəhadət sandığının önündəki pərdənin qabağına qoyun.+ O, sənə görünəcəyim yerin, Şəhadət sandığının üstündəki qapağın qarşısında olmalıdır.+
7 Harun+ qurbangahın üstündə ətirli buxur yandırmalıdır.+ Buxuru həm səhərlər çıraqları hazırlayanda yandırmalıdır,+ 8 həm də qaş qaralan vaxt çıraqları yandıranda. Bu buxur təqdiməsini nəsildən-nəslə mütəmadi olaraq Yehovanın önündə gətirin. 9 Qurbangahın üstündə nə yasaq buxur,+ nə yandırma qurbanı, nə də taxıl təqdiməsi gətirməyin, üstünə şərab təqdiməsi tökməyin. 10 Harun qurbangahı pak etmək üçün günah qurbanı kimi gətirilən heyvanın qanından onun buynuzlarına çəkməlidir. Bunu kəffarə olaraq ildə bir dəfə edəcək.+ Nəsildən-nəslə belə olmalıdır. Qurbangah Yehovanın gözündə son dərəcə müqəddəsdir».
11 Sonra Yehova Musaya dedi: 12 «İsrail oğullarını siyahıya alıb sayanda+ hər kəs canının əvəzində Yehovaya fidyə versin. Qoy belə etsinlər ki, siyahıya alınan vaxt başlarına bəla gəlməsin. 13 Siyahıya alınan hər kəs müqəddəs məkan şekeli* ilə yarım şekel verməlidir.+ Şekel iyirmi geraya* bərabərdir. Bu yarım şekel Yehovaya verilməlidir.+ 14 İyirmi və iyirmidən yuxarı yaşda olub siyahıya alınan hər kəs Yehovanın dediyi payı ianə etsin.+ 15 Canı üçün kəffarə olaraq Yehovaya bu ianəni verəndə nə varlı yarım şekeldən çox verməlidir, nə də kasıb ondan az verməlidir. 16 Kəffarə haqqı olan gümüş pulu israillilərdən al və Hüzur çadırında edilən ibadət üçün ver. Bu, israilliləri Yehovaya xatırladan nişan və canları üçün kəffarə olacaq».
17 Yehova sözünə davam edib Musaya dedi: 18 «Yuyunmaq üçün misdən bir çən və onun üçün altlıq düzəldin.+ Onu Hüzur çadırı ilə qurbangahın arasına qoyun və içini su ilə doldurun.+ 19 Harunla oğulları onun suyu ilə əl-ayaqlarını yumalıdır.+ 20 Onlar Hüzur çadırına girəndə, yaxud xidmət etmək və odda yandırılan təqdimələri Yehovaya təqdim etmək üçün qurbangaha yaxınlaşanda yuyunmalıdırlar ki, ölməsinlər. 21 Onlar əl-ayaqlarını yumalıdırlar, yoxsa öləcəklər. Bu, nəsildən-nəslə həm onun üçün, həm də övladları üçün dəyişməz qanun olacaq».+
22 Yehova sonra Musaya dedi: 23 «Ən gözəl ətriyyatdan götürün: 500 şekel bərk mürr, onun yarısı qədər, 250 şekel ətirli darçın, 250 şekel ətirli kəcəvər, 24 müqəddəs məkan şekeli+ ilə 500 şekel darçın* və 1 hin* zeytun yağı. 25 Onlardan müqəddəs məsh yağı düzəldin. Ustalıqla hazırlanmış bu qatışıq müqəddəs məsh yağı olsun.+
26 Onunla Hüzur çadırını+ və Şəhadət sandığını, 27 masanı və bütün ləvazimatını, çıraqdanı və bütün avadanlığını, buxur qurbangahını, 28 yandırma qurbanı üçün qurbangahı və bütün avadanlığını, çəni və altlığını məsh et. 29 Onları müqəddəs et. Beləliklə, onlar son dərəcə müqəddəs olacaqlar.+ Onlara toxunan adam müqəddəs olmalıdır.+ 30 Harunu+ və oğullarını+ da məsh et. Onları müqəddəs et ki, Mənə kahin kimi xidmət etsinlər.+
31 İsraillilərə belə de: “Bu yağ nəsildən-nəslə Mənim üçün müqəddəs yağ olacaq.+ 32 Heç kim ondan bədəninə çəkə bilməz. Həm də bu tərkibdə heç nə düzəltməyin. O, müqəddəsdir. Onu həmişə müqəddəs tutun. 33 Kim buna bənzər yağ düzəltsə və ya kənar adama* bu yağdan çəksə, xalqın arasından yox ediləcək*”».+
34 Yehova Musaya dedi: «Bərabər ölçüdə balzam, ətirli buxur, ətirli qalban qatranı və xalis kündür götürün.+ 35 Sonra onlardan buxur düzəldin;+ ətirli otların qatışığı ustalıqla hazırlanmalı, duzlanmalıdır+. Bu qatışıq qarışıqsız və müqəddəs olmalıdır. 36 Ondan bir az götürün, döyüb toz halına salın və bir qədərini Hüzur çadırında Şəhadət sandığının qarşısına, sənə görünəcəyim yerə qoyun. Bu qatışığı son dərəcə müqəddəs tutmalısınız. 37 Bu tərkibdə özünüz üçün buxur düzəltməyin.+ Buna Yehovanın gözündə müqəddəs olan bir şey kimi baxmalısınız. 38 Kim ətrindən ötrü buna bənzər bir şey düzəltsə, xalqın arasından yox ediləcək*».