Zəbur
Dirijora. Şeminit* üstündə köklənmiş simli alətlərin müşayiətilə. Davudun məzmuru.
6 Yehova, məni qəzəblə tənbeh etmə,
Məni hiddətlə islah etmə.+
2 Aman, Yehova, saralıb-soluram, mənə rəhm et.
Sümüklərim əsir, Yehova, mənə şəfa ver.+
6 Təngə gəlmişəm ah-naləmdən,+
Yatağım bütün gecəni ağlamaqdan yamyaş olub,
Sel kimi axır yorğan-döşəyimə göz yaşlarım.+
7 Dərddən gözüm tor salıb,+
Düşmənlərin əlindən gözümdə nur qalmadı.
8 Siz, ey zalımlar, çəkilin başımdan,
Yehova hönkürtümü eşidəcək.+
9 Rəhm dilədiyimi Yehova eşidəcək,+
Yehova duamı qəbul edəcək.
10 Bütün düşmənlərim xar olacaq, dəhşətə gələcək,
Onlar bir anda xəcil olub geri çəkiləcəklər.+