Birinci Padşahlar
9 Süleyman Yehovanın evini, padşah sarayını və tikmək istədiyi hər şeyi inşa edib qurtardı.+ 2 Yehova Gibyonda olduğu kimi, ikinci dəfə Süleymana göründü.+ 3 Yehova ona dedi: «Mən hüzurumda etdiyin duanı və lütf diləyini eşitdim. Adımı həmişəlik sənin tikdiyin bu evə verib onu müqəddəs etdim.+ Qəlbim, nəzərim həmişə orada olacaq.+ 4 Əgər sən atan Davud kimi, sidqi-ürəklə+, dürüstlüklə+ önümdə yerisən,+ əmrlərimi yerinə yetirsən,+ qayda-qanunlarıma, hökmlərimə tabe olsan,+ 5 onda “İsrail taxtında həmişə sənin sülalən olacaq” deyərək atan Davuda vəd etdiyim kimi, taxtını bütün İsrail üzərində bərqərar edəcəyəm.+ 6 Lakin siz və oğullarınız Mənim yolumdan dönsəniz, sizə verdiyim əmrlərə, qanunlara əməl etməsəniz, başqa allahlara qulluq edib səcdə qılsanız,+ 7 İsraili ona verdiyim diyardan yox edəcəyəm,+ adım üçün müqəddəs etdiyim evi önümdən rədd edəcəyəm.+ İsrailə həqarət edəcəklər, xalqlar onu məsxərəyə qoyacaq.+ 8 Bu ev xarabazara dönəcək.+ Yoldan ötənlər mat-mat baxacaq, fit çalıb deyəcək: “Nəyə görə Yehova bu ölkəni, bu evi bu günə qoyub?”+ 9 Ardınca deyəcəklər: “Çünki onlar ata-babalarını Misirdən çıxaran Allahları Yehovanı atıb başqa allahlardan yapışdılar, onlara səcdə qılıb qulluq etdilər. Buna görə də Yehova onların başına bu müsibəti gətirdi”».+
10 Süleyman iki evi — Yehovanın evini və padşah sarayını tikdiyi iyirmi ilin sonunda+ 11 Sur padşahı Hirama+ Cəlilə torpağından iyirmi şəhər verdi. (Hiram Süleymanı sidr və ardıc ağacları ilə, istədiyi qədər qızılla təmin etmişdi.)+ 12 Hiram Surdan çıxıb Süleymanın verdiyi şəhərlərə baxmağa getdi. Amma şəhərlər xoşuna gəlmədi. 13 O dedi: «Qardaşım, bu nə şəhərlərdir mənə vermisən?» Buna görə də şəhərlər bu günədək Kabul diyarı* adlanır. 14 Hiram Süleyman padşaha 120 talant* qızıl göndərdi.+
15 Süleyman padşah Yehovanın evini+, öz sarayını, Təpəni*+, Yerusəlimin divarlarını, Həzuru+, Megiddonu+ və Cəzəri+ tikmək üçün mükəlləfiyyətli əməyə adamlar təyin etdi.+ 16 (Misir hökmdarı firon Cəzəri zəbt edib yandırmışdı, şəhərdə yaşayan kənaniləri+ isə qırmışdı. O, şəhəri Süleymana verdiyi qızına+ toy hədiyyəsi olaraq bağışlamışdı.) 17 Süleyman Cəzəri, Aşağı Beyt-Hurunu+, 18 Baalatı+, ölkədəki səhralıqda yerləşən Tamarı, 19 özünün anbar şəhərlərini, arabalar üçün ayrılan şəhərləri,+ süvarilər üçün ayrılan şəhərləri inşa etdi. O həmçinin Yerusəlimdə, Livanda və bütün səltənətində könlü istədiyi hər şeyi tikdi. 20 İsrailli olmayan amorilərdən, hetlərdən, fərizilərdən, hivilərdən, yəbusilərdən+ sağ qalanları,+ 21 onların ölkədə yaşayan nəsillərini — israillilərin məhv edə bilmədikləri adamların hamısını Süleyman kölə kimi işlətdi. Bu, indiyədək belədir.+ 22 Amma Süleyman israillilərdən heç kimi qul etmədi.+ Onlar döyüşçü, əyan, əmir, yavər idilər, arabaçıların və süvarilərin başçısı idilər. 23 Süleymanın işlərinə 550 nəzarətçi başçılıq edir, işçilərə nəzarət edirdi.+
24 Fironun qızı+ Davud şəhərindən+ çıxıb Süleymanın onun üçün tikdiyi evə köçdü. Süleyman Təpəni həmin vaxt tikdi.+
25 Süleyman Yehova üçün tikdiyi qurbangahda ildə üç dəfə+ yandırma və ünsiyyət qurbanları təqdim edirdi.+ Həmçinin Yehovanın önündəki qurbangahdan qurban tüstüsü qalxırdı. Beləcə o, evi tikib qurtardı.+
26 Süleyman padşah Ədum məmləkətində, Qırmızı dəniz sahilində yerləşən Elatın yanında, Əzyun-Qəbərdə+ gəmilər düzəltdi.+ 27 Hiram özünün təcrübəli dənizçilərini Süleymanın təbəələri ilə işləmək üçün gəmilərlə göndərdi.+ 28 Onlar Ofirə+ getdilər və oradan Süleyman padşaha 420 talant qızıl gətirdilər.