Qanunun təkrarı
17 Allahınız Yehovaya qüsurlu, yaxud hansısa eyibi olan buğa və ya qoyun qurban gətirməyin. Bu, Allahınız Yehova üçün iyrəncdir.+
2 Ola bilsin, aranızda, Allahınız Yehovanın sizə verdiyi şəhərlərdən birində bir kişi və ya qadın Allahınız Yehovanın gözündə pis iş görsün, Allahın əhdini pozsun,+ 3 yolunu azaraq Onun əmrlərinin ziddinə başqa allahlara ibadət etsin, o allahlara, yaxud günəşə, aya, səmadakı orduya səcdə qılsın.+ 4 Bu haqda sizə xəbər verəndə, yaxud özünüz bundan xəbər tutanda məsələni yaxşı-yaxşı araşdırın. Əgər deyilənlər düz çıxsa,+ görsəniz ki, doğrudan da, İsraildə belə bir murdar hərəkətə yol verilib, 5 onda bu rəzilliyi edən qadını və ya kişini şəhər darvazasının yanına gətirib ölənəcən daşqalaq edin.+ 6 Kimisə öldürmək üçün iki, ya da üç nəfərin şahidliyi lazımdır.+ Bir nəfərin şahidliyi ilə heç kimi öldürmək olmaz.+ 7 Daşqalaq edib öldürəndə ona daşı birinci şahidlər atmalıdır, sonra isə qalan camaat. Aranızdan pisliyi yox edin.+
8 Əgər şəhərlərinizdən birində olmuş qətl+, şikayət, təcavüzkarlıq, yaxud da başqa mübahisəli məsələ barədə hökm çıxarmağa çətinlik çəksəniz, onda Allahınız Yehovanın seçdiyi yerə gedin.+ 9 Lavili kahinlərin və həmin vaxt hakimlik edən hakimin yanına gedin,+ məsələni onlara danışın. Onlar hökmü sizə bildirəcəklər.+ 10 Yehovanın seçdiyi yerdə sizə bildirdikləri hökmə müvafiq davranın. Hər şeyi onlar deyən kimi edin. 11 Siz onların göstərdiyi qanuna uyğun, elan etdikləri hökmə müvafiq davranmalısınız.+ Onların verdiyi hökmdən nə sağa, nə sola dönməməlisiniz.+ 12 Allahınız Yehovaya xidmət edən kahinə, yaxud hakimə qulaq asmayıb öz bildiyi kimi hərəkət edən adam ölməlidir.+ İsraildən pisliyi yox etməlisiniz.+ 13 Onda bütün camaat eşidəcək, hamının gözü qorxacaq və bir də heç kim özbaşına hərəkət etməyəcək.+
14 Allahınız Yehovanın sizə verdiyi ölkəyə daxil olanda, oraya sahib olub məskunlaşanda belə deyəcəksiniz: “Gəlin ətrafımızdakı xalqlar kimi biz də özümüz üçün padşah seçək”.+ 15 Bu halda siz yalnız Allahınız Yehovanın seçdiyi adamı padşah qoymalısınız.+ Padşah soydaşlarınızdan* olmalıdır. Soydaşınız olmayan adamı, əcnəbini üstünüzdə padşah qoya bilməzsiniz. 16 Padşah atlarının sayını çoxaltmamalı,+ ilxısını böyütməkdən ötrü camaatı Misirə getməyə məcbur etməməlidir,+ çünki Yehova sizə: “Bir də heç vaxt bu yolla geri qayıtmamalısınız”, — deyib. 17 Padşah çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər.+ Özü üçün çoxlu qızıl-gümüş də yığmamalıdır.+ 18 Taxta çıxanda lavili kahinlərin saxladığı bu Qanunun surətini özü üçün köçürməlidir.+
19 Bu nüsxə onda qalmalıdır. O, bütün ömrü boyu, hər gün onu oxumalıdır+ ki, Allahı Yehovadan qorxmağı öyrənsin, Qanunun bütün sözlərinə və bu qaydalara əməl etsin.+ 20 Beləcə, ürəyi qürrələnib özünü soydaşlarından üstün tutmayacaq, bu əmrlərdən nə sağa, nə sola dönməyəcək. Bunun sayəsində onun özü də, oğulları da İsraildə uzun müddət səltənət sürəcək.