Birinci İşmuil
31 Filiştlilər israillilərlə vuruşdular.+ İsraillilər filiştlilərin önündən qaçdı. Çoxlu sayda israilli Gilbu dağında həlak oldu.+ 2 Filiştlilər Talutla oğullarını sıxışdırdılar. Onlar Talutun oğulları+ Yonatanı+, Əbunədəbi və Məlkişunu öldürdülər. 3 Taluta qarşı döyüş şiddətləndi, oxçular onu tapıb ağır yaraladılar.+ 4 Talut öz silahdarına dedi: «Qılıncını çək, məni vur. Yoxsa bu sünnətsizlər+ gəlib məni vuracaq, mənə işgəncə verəcəklər». Amma silahdarı bunu etmədi, çünki bərk qorxurdu. Onda Talut qılıncı götürüb özünü onun üstünə atdı.+ 5 Silahdarı Talutun öldüyünü görəndə,+ o da özünü qılıncın üstünə atdı və Talutla birgə öldü. 6 Beləliklə, Talut, üç oğlu, silahdarı, onun bütün adamları həmin gün bir yerdə həlak oldu.+ 7 Dərədəki, İordan bölgəsindəki israillilər İsrail döyüşçülərinin qaçdığını, Talutla oğullarının öldüyünü görəndə öz şəhərlərindən çıxıb qaçdılar.+ Filiştlilər gəlib o şəhərlərdə məskunlaşdılar.
8 Növbəti gün filiştlilər ölüləri soymağa gələndə Gilbu dağında Talutun və onun üç oğlunun meyitini tapdılar.+ 9 Talutun başını kəsib yaraq-əsləhəsini götürdülər. Bu xəbəri bütün bütxanalarda+, camaat arasında car çəkmək üçün Filişt məmləkətinin hər tərəfinə qasidlər göndərdilər.+ 10 Sonra Talutun yaraq-əsləhəsini Əşturət bütxanasına qoydular, cəsədini isə Beyt-Şənin+ divarına mıxladılar. 11 Yabeş-Giladlılar+ filiştlilərin Talutun başına gətirdiyi şeyləri eşitdilər. 12 Şəhərin igidləri qalxıb bütün gecəni yol getdilər. Gəlib Talutla oğullarının cəsədini Beyt-Şənin divarından götürdülər və Yabeşə qayıdıb cəsədləri orada yandırdılar. 13 Sonra onların sümüklərini+ Yabeşdə+ yulğun ağacının altında dəfn etdilər və yeddi gün oruc tutdular.