Qanunun təkrarı
3 Sonra biz dönüb Başan yolu ilə yuxarı getdik. Başan padşahı Oq bizə qarşı vuruşmaq üçün adamlarını yığıb Əzrəyə gəldi.+ 2 Yehova mənə dedi: “Ondan qorxma. Onun özünü də, adamlarını da, torpağını da sənin əlinə təslim edəcəyəm. Həşbunda yaşayan amori padşahı Sihunun başına gətirdiyini bunun da başına gətirəcəksən”. 3 Beləcə, Allahımız Yehova Başan padşahı Oqu və onun bütün adamlarını bizim əlimizə verdi və biz bir nəfəri də sağ buraxmadan hamını qılıncdan keçirdik. 4 Sonra onun bütün şəhərlərini zəbt etdik. Elə şəhər qalmadı ki, əlimizə keçməsin. Altmış şəhər, bütün Arqub bölgəsi, Oqun Başandakı səltənəti istila olundu.+ 5 Şəhərlərin hamısının hündür divarları, cəftəli darvazaları var idi. Üstəlik, orada çoxlu kiçik şəhərlər var idi. 6 Lakin biz Həşbun padşahı Sihunun ölkəsindəki kimi, burada da şəhərlərin hamısını yerlə yeksan etdik,+ kişi, qadın, uşaq deməyib, hamını qırdıq.+ 7 Bütün heyvanları özümüzə götürdük, şəhərləri talan etdik.
8 O vaxt biz Ərnun vadisindən tutmuş Hərmun dağına kimi olan ərazini, İordan bölgəsindəki iki amori padşahının ölkəsini+ 9 (sidonilər Hərmun dağını Şiryun, amorilər isə Sənir adlandırırdılar), 10 yayladakı bütün şəhərləri, bütün Giladı, Başanda Oqun səltənətinə aid şəhərlər olan Səlxə və Əzrəyədək bütün Başanı tutduq.+ 11 Başan hökmdarı Oq rəfalardan sonuncusu idi. Onun mafəsini dəmirdən* düzəltmişdilər. Bu mafə hələ də əmunilərin Rabbah şəhərindədir. Onun uzunluğu adi qulacla* doqquz qulac, eni dörd qulacdır. 12 O vaxt biz bu yeri tutduq: Ərnun vadisinin yanında yerləşən Aruirdən+ başlayan ərazini, Gilad dağlıq bölgəsinin yarısını. Mən onun şəhərlərini rubənlilərə və cadlılara verdim.+ 13 Giladın o biri yarısını və Oqun səltənəti olan Başanı bütünlüklə Mənəssə qəbiləsinin yarısına verdim.+ Başanda olan Arqub bölgəsi rəfaların ölkəsi kimi tanınırdı.
14 Mənəssə oğlu Yair+ qəşurilərin və məkatilərin sərhədinədək+ bütün Arqub bölgəsini+ tutub Başanın o kəndlərinə öz adını verdi. Bu günədək də oralar Havvut-Yair* adlanır.+ 15 Giladı Mahirə verdim.+ 16 Rubənlilərlə cadlılara+ Giladdan tutmuş Ərnun vadisinə qədər (vadinin ortası sərhəddir), Əmunilərin sərhədi olan vadiyə, Yəbbuqa qədər, 17 Ərəbə, İordan və onun sahili olan sərhədə qədər, Kinarətdən Ərəbə dənizinə, yəni şərq tərəfdəki Fizqə ətəklərində yerləşən Şor dənizə* qədər ərazini verdim.+
18 Onda sizə bu əmri verdim: “Allahınız Yehova bu ölkəni sizə verib ki, ona sahib olasınız. Qoy bütün ərənləriniz silahlanıb qardaşlarınız israillilərin qarşısında o taya keçsin.+ 19 Təkcə qadınlar, uşaqlar və heyvanlarınız (bilirəm ki, mal-heyvan sarıdan bolsunuz) sizə verdiyim bu şəhərlərdə qalsın. 20 Yehova qardaşlarınızı da sizin kimi dincliyə çıxarandan sonra, onlar da İordanın o tayında Yehovanın onlara verdiyi torpağı tutandan sonra hər kəs geriyə, ona verdiyim mülkə qayıda bilər”.+
21 Həmçinin mən Yuşəyə+ əmr edib dedim: “Yehovanın bu iki padşaha nə etdiyini öz gözlərinlə gördün. O taydakı bütün padşahlıqları da Yehova eyni aqibətə düçar edəcək.+ 22 Onlardan qorxmayın, sizin üçün döyüşən Allahınız Yehovadır!”+
23 O vaxt mən Yehovaya yalvarıb dedim: 24 “Ey Külli-İxtiyar Yehova, Sən bu quluna əzəmətini, güclü qolunu+ görməyi nəsib etmisən. Göylərdə, yer üzündə olan hansı allah Sənin kimi qüdrətli işlər görür?+ 25 Nə olar, izin ver, İordanın o tayına keçib o gözəl diyarı, o füsunkar dağları, Livanı görüm”.+ 26 Amma sizin ucbatınızdan Yehova hələ də mənə qəzəbli idi,+ buna görə də məni eşitmək istəmədi. Yehova mənə dedi: “Bəsdir, yetər! Bir də Mənimlə bu haqda danışma. 27 Fizqənin təpəsinə çıx,+ oradan qərbə, şimala, cənuba, şərqə bax, diyarı seyr elə, çünki İordanın o tayına keçməyəcəksən.+ 28 Yuşəni öz yerinə təyin elə,+ onu ürəkləndirib qoluna qüvvət ver, çünki çayın o tayına xalqın başında o gedəcək+ və seyr edəcəyin diyarı onlara məhz o verəcək”. 29 Bütün bunlar biz Beyt-Faur qarşısındakı vadidə qalanda baş vermişdi.+