Birinci İşmuil
26 Bir müddət sonra ziflər+ Gibaha+ Talutun yanına gəlib dedilər: «Davud Yeşimonun* qarşı tərəfindəki Həqilə təpəsində gizlənir».+ 2 Talut İsraildən 3000 seçmə döyüşçü götürüb Davudu axtarmaq üçün Zif çöllüyünə getdi.+ 3 O, Yeşimonun qarşı tərəfindəki Həqilə təpəsində, yolun kənarında ordugah qurdu. Həmin vaxt Davud çöllükdə qalırdı. Ona xəbər verdilər ki, Talut onun dalınca çöllüyə gəlib. 4 Davud Talutun gəldiyini dəqiqləşdirmək üçün adamlar göndərdi. 5 Sonra Davud Talutun ordugah qurduğu yerə gəldi və Talutla ordu başçısı Nur oğlu Abnurun+ yatdığı yeri gördü. Talut ordugahın ortasında yatmışdı, döyüşçüləri isə çadırlarını onun ətrafında qurmuşdular. 6 Davud het+ Əximəlikə və Səryanın oğlu+, Yuabın qardaşı Abşaya+ dedi: «Kim mənimlə düşərgəyə, Talutun yanına gedər?» Abşay dedi: «Mən gedərəm». 7 Davudla Abşay gecəylə qoşunun yanına düşdülər və gördülər ki, Talut düşərgədə yatıb, nizəsi başının yanında yerə sancılıb. Abnur isə döyüşçülərlə onun dövrəsində yatırdı.
8 Abşay Davuda dedi: «Bu gün Allah düşmənini sənə təslim edib.+ İcazə ver, bir nizə zərbəsilə onu yerə elə mıxlayım ki, ikinci dəfə vurmaq lazım gəlməsin». 9 Amma Davud Abşaya dedi: «Ona əl dəymə! Heç Allahın məsh olunmuşuna+ əl qaldıran günahsız qalar?»+ 10 Ardınca dedi: «Yehovaya and olsun ki, Yehova Özü onu vuracaq.+ O ya öz əcəli ilə öləcək+, ya da döyüşdə həlak olacaq.+ 11 Yehovanın məsh edilmişinə əl qaldırmağı ağlıma belə, gətirmərəm!+ Bu, Yehovaya ağır gedər! Onun başının yanındakı nizəni və kuzəni götür, çıxaq gedək». 12 Davud Talutun başının yanındakı nizə ilə kuzəni götürdü və onlar getdilər. Heç kim onları görmədi.+ Yehova döyüşçüləri dərin yuxuya qərq etdiyi üçün hamısı yatmışdı, nə duyuq düşən, nə də oyanan oldu. 13 Davud qarşı tərəfə keçib aralıda təpənin başında durdu, aralarında xeyli məsafə var idi.
14 Davud döyüşçüləri və Nur oğlu Abnuru+ səsləyib dedi: «Abnur, məni eşidirsən?» Abnur dedi: «Kimdir padşaha səslənən?» 15 Davud Abnura dedi: «İgid deyilsən? İsraildə sənin kimisi yoxdur. Bəs onda niyə hökmdarının keşiyini çəkmirsən? Bir nəfər döyüşçü hökmdarını öldürməyə gəlmişdi.+ 16 İşini yaxşı görmürsən! Yehovaya and olsun ki, sən ölümə layiqsən! Çünki hökmdarının, Yehovanın məsh edilmişinin+ keşiyini çəkmirsən. Bax gör padşahın başının yanındakı nizə ilə kuzə+ haradadır?»
17 Talut Davudun səsini tanıyıb dedi: «Oğlum Davud, bu, sənin səsindir?»+ Davud: «Bəli, hökmdar, mənim səsimdir», — dedi və 18 əlavə etdi: «Nə üçün padşahım qulunu təqib edir?+ Axı mən nə etmişəm? Nə günahım var?+ 19 Ey hökmdar, rica edirəm, qulunun sözlərini dinlə. Əgər səni mənə qarşı qaldıran Yehovadırsa, onda qoy O, taxıl təqdiməmi qəbul etsin. Yox əgər insandırsa,+ qoy Yehova ona lənət etsin. Çünki onlar: “Get, yad allahlara qulluq et”, deyib məni Yehovanın irsindən+ ayrı salıblar. 20 Qoy qanım Yehovanın hüzurundan kənarda tökülməsin. İsrailin padşahı dağlarda, sanki, kəklik ovlayır, bir birənin+ dalınca düşüb».
21 Talut dedi: «Günah eləmişəm,+ oğlum Davud, dala qayıt. Sənə bir daha xətər yetirməyəcəyəm. Çünki bu gün canımı dəyərli saydın.+ Mən axmaqlıq eləmişəm, böyük səhv etmişəm». 22 Davud dedi: «Budur padşahın nizəsi. Bir adam göndər, gəlib aparsın. 23 Hər kəsin salehliyinin, sədaqətinin əvəzini Yehova verəcək.+ Bu gün Yehova səni mənə təslim etdi, amma mən Yehovanın məsh edilmişinə əl qaldırmaq istəmədim.+ 24 Bu gün sənin canın mənim üçün dəyərli olduğu kimi, qoy mənim də canım Yehovanın gözündə dəyərli olsun. Qoy O, məni hər cür dardan qurtarsın».+ 25 Talut Davuda dedi: «Oğlum Davud, qoy Allah sənin mükafatını versin. Sən böyük işlər görəcəksən, mütləq uğur qazanacaqsan».+ Sonra Davud öz yolu ilə getdi, Talut da öz yerinə qayıtdı.+