Məsəllər
30 Yaqi oğlu Ağurun İsailə və Ücala dediyi kəlamlar.
2 Mən hər kəsdən cahiləm,+
Bəşəri idraka malik deyiləm.
3 Nə hikmətə yiyələnmişəm,
Nə də Müqəddəsin elminə çatmışam.
4 Kim göylərə qalxıb? Oradan kim enib?+
Kim küləyi ovuclarına yığıb?
Kim suyu paltarına büküb?+
Kim yerin hüdudlarını bərqərar edib?+
Onun adını bilirsən?
Bəs oğlunun adını?
5 Allahın hər kəlməsi safdır.+
Allah Ona pənah aparanlar üçün qalxandır.+
6 Onun sözlərinə heç nə əlavə etmə,+
Yoxsa səni tənbeh edər.
Yalançı çıxarsan.
7 Səndən iki şey istəyirəm.
Nə qədər ki sağam, onları məndən əsirgəmə.
8 Saxtakarlığı və yalanı məndən uzaq et.+
Məni nə kasıb elə, nə də varlı.
Nə də yoxsul olub oğurluq etməyim, Allahımın adına ləkə gətirməyim.
10 Ağanın yanına gedib nökəri şərləmə,
Yoxsa sənə qarğış edər, sən də təqsirkar olarsan.+
11 Nəsil var ki, atasına lənət edir,
Anasına hörmət qoymur.+
12 Nəsil var ki, özünü təmiz sayır,+
Amma çirkabından təmizlənməyib.
13 Nəsil var ki, göylə gedir,
Gözlərindən təkəbbür yağır!+
14 Nəsil var ki, dişləri, sanki, qılıncdır,
Çənəsi xəncərdir.
Dünyanın məzlumlarını,
Kasıb-kusubu diri-diri udur.+
15 Zəlinin «ver, ver»
qışqıran iki qızı var.
Üç şey var ki, doymaq bilməz.
Dörd şey var ki, «yetər» deməz.
17 Ataya rişxənd edənin, ana sözünə baxmayanın+ gözlərini
Dərə quzğunları dələr,
Qartal balaları yeyər.+
18 Ağlım kəsməyən üç şey var,
Dörd şeyi başa düşmürəm:
19 Qartalın səmada yolunu,
İlanın qaya üzərində yolunu,
Gəminin dəryada yolunu,
Kişinin qızın qəlbinə yolunu.
20 Zinakar qadının yolu belədir:
Yeyir, ağzını silir,
Sonra deyir: «Nə pis iş görmüşəm ki?»+
21 Üç şey var ki, yeri lərzəyə gətirir,
Dörd şeyə yer dözmür:
22 Qulun padşahlıq etməsinə,+
Axmağın xirtdəyəcən yeməsinə,
23 Sevilməyən qadının ərə getməsinə,
Kənizin öz xanımının yerini tutmasına.+
24 Dünyada kiçicik dörd şey var,
Amma onlar anadangəlmə hikmətə sahibdir:+
29 Üç şey var ki, yerişi möhtəşəmdir,
Dörd şey var ki, gedişi əzəmətlidir:
30 Heyvanlar arasında ən güclüsü,
Heç nəyin qarşısından geri çəkilməyən aslan,+
31 Tazı, təkə,
Ordu önündə gedən padşah.