İbranilərə məktub
1 Keçmişdə Allah peyğəmbərlər vasitəsilə ata-babalarımıza dəfələrlə və müxtəlif yollarla müraciət etmişdir,+ 2 bu günlərin sonunda isə bizə Oğlu+ vasitəsilə müraciət edib. Onun vasitəsilə Allah dünyada olan hər şeyi yaradıb+ və onu hər şeyin varisi təyin edib.+ 3 Oğul Allahın calalını əks etdirir.+ O, Allahın varlığının dəqiq əksidir,+ hər şeyi qüdrətli sözü ilə saxlayır. O, bizi günahdan təmizləyəndən sonra+ yüksəklərdə, Əzəmət Sahibinin sağında əyləşdi.+ 4 Beləliklə, mələklərdən daha üstün ad+ qazandığı üçün onlardan uca oldu.+
5 Allah mələklərdən hansına: «Sən Mənim oğlumsan. Bu gün Mən sənə Ata oldum», — deyib?+ Həmçinin: «Mən ona Ata olacağam, o da Mənə oğul olacaq», — deyib?+ 6 Allah ilkin Oğlunu+ yenidən yer üzünə göndərəndə belə deyir: «Qoy Allahın bütün mələkləri ona təzim etsin».
7 Həmçinin mələklər barəsində deyir: «O, mələklərini güclü külək edir*, xidmətçilərini+ od-alov edir».+ 8 Oğul barəsində isə yazılıb: «Taxtının təməli Allahdır,+ əbədiyyən, sonsuzadək. Padşahlıq əsan ədalət əsasıdır. 9 Sən salehliyi sevdin, qanunsuzluğa nifrət etdin. Buna görə Allah, sənin Allahın səni yoldaşlarından daha çox şadlıq yağı ilə məsh etdi».+ 10 Həmçinin deyilir: «Ey Ağamız, yerin bünövrəsini əzəldən sən qoymusan, göylər də əlinin işidir. 11 Onlar yox olub gedər, sən isə həmişə var olacaqsan. Hamısı paltar kimi köhnələr, 12 sən onları bürüncək kimi, paltar kimi bükərsən. Onlar dəyişər, sən isə dəyişməzsən, illərin tükənməzdir».+
13 O, mələklərdən hansına: «Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur», — deyib?+ 14 Məgər onların hamısı müqəddəs xidməti icra edən, xilası miras alacaq adamlara xidmət etmək üçün göndərilən ruhani varlıqlar deyillər?+