Əşiya
2 Hər biri küləkdən daldalanacaq,
Leysandan sığınacaq,
Susuz diyarda axar çaylar,+
İstidən qovrulan diyarda nəhəng qaya kölgəsi kimi olacaq.
3 O zaman görən gözlər daha bağlanmayacaq,
Eşidən qulaqlar dinləyəcək.
4 Çılğın qəlblər biliyə meyil salacaq,
Pəltək dillər apaydın danışacaq.+
5 Daha axmağa səxavət sahibi,
Alçaq adama alicənab deməyəcəklər.
6 Axmaq adam səfeh-səfeh danışar,
Ürəyində fitnə-fəsad qurar,+
İşi-gücü kafirlik*, Yehovaya qarşı küfr danışmaqdır,
Ac adamı yeməksiz,
Susayanı susuz qoymaqdır.
7 Alçaq adamın yolları məkrlidir;+
O, rəzilliyi tərifləyir,
Yalanlarla məzlumun həyatını məhv edir,+
Baxmayaraq, yazıq həqiqəti danışır.
8 Səxavətli insanınsa niyyətləri nəcibdir,
Onun amalı hər an səxavət göstərməkdir.
9 «Ey arxayın oturmuş qadınlar, yerinizdən qalxın, səsimə qulaq verin!
Ey qayğısız qızlar,+ sözümü dinləyin!
10 Bir ilin üstündən bir az ötəcək, qayğı çəkməyən sizlər təlaşa düşəcəksiniz,
Çünki üzüm yığımı mövsümü bitəcək, amma məhsul olmayacaq.+
11 Titrəyin, ey arxayın oturmuş qadınlar!
Əsim-əsim əsin, ey qayğısızlar!
Lüt soyunun,
Belinizə çul bağlayın.+
12 Gözəl tarlalardan, məhsuldar meynələrdən ötrü
Ağı deyib sinə döyün.
13 Xalqımın torpağını,
Vaxtilə şənlik sədaları ilə çağlayan evləri,
O şad-xürrəm şəhəri tikan, kol-kos basacaq.+
14 Qala bürcləri bomboş,
Haylı-küylü şəhər sakinsizdir.+
15 Üstümüzə yuxarıdan ruh yağmayınca,+
Səhra meyvə bağına dönməyincə,
Bağ meşətək olmayınca belə olacaq.+
16 Onda səhralıqda ədalət məskən salacaq,
Meyvə bağında salehlik yuva quracaq.+
18 Mənim xalqım dinclik hökm sürən yurdlarda,
Təhlükəsiz yerlərdə, sakit məkanlarda yaşayacaq.+
19 Meşəni isə dolu düzəngaha çevirəcək,
Şəhər yerlə yeksan olacaq.
20 Ey bütün sular kənarında toxum səpənlər,
Öküzü, eşşəyi sərbəst buraxanlar, nə bəxtiyarsınız!»+