Zəkəriyyə
8 Mənə yenə ordular Allahı Yehovanın sözü nazil oldu: 2 «Ordular Allahı Yehova deyir: “Coşğun qeyrətlə Sionun qeyrətini çəkəcəyəm.+ Kükrəyən qəzəblə onun qeyrətini çəkəcəyəm”.
3 Yehova deyir: “Siona qayıdacağam,+ Yerusəlimdə məskən salacağam.+ Yerusəlimə həqiqət* şəhəri,+ ordular Allahı Yehovanın dağına müqəddəs dağ deyiləcək”.+
4 Ordular Allahı Yehovanın sözü budur: “Yerusəlim meydanlarında yenə ahıl kişilər, qoca qarılar əyləşəcək. Yaşları çox olduğundan hər biri əlində çəlik tutacaq.+ 5 Şəhər meydanları atılıb-düşən oğlan və qız uşaqları ilə dolacaq”.+
6 Ordular Allahı Yehovanın sözü budur: “Əgər o günlərdə xalqın sağ qalanlarının gözündə bu iş müşkül görünərsə, məgər Mənə də müşkül görünməlidir?” — bəyan edir ordular Allahı Yehova.
7 Ordular Allahı Yehovanın sözü budur: “Bax, Mən Öz xalqımı gündoğan və günbatan torpaqlarından çıxaracağam.+ 8 Onları Yerusəlimə gətirəcəyəm, orada yaşayacaqlar.+ Onlar Mənim xalqım olacaq, Mən də sədaqətlə, ədalətlə onların Allahı olacağam”.+
9 Ordular Allahı Yehovanın sözü budur: “Ey ordular Allahı Yehovanın evini, məbədi tikmək üçün təməl qoyulan gün deyilən sözləri bu gün peyğəmbərlərin dilindən eşidənlər,+ cəsur olun!+ 10 O günlərə qədər nə insanın, nə də heyvanın zəhməti üçün haqq verilmirdi.+ Düşmənlərin əlindən heç kəs rahat gedib-gələ bilmirdi. Çünki insanları bir-birinin üstünə qaldırmışdım”.
11 Ordular Allahı Yehova bəyan edir: “Ancaq indi xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm.+ 12 Çünki sülh toxumu əkiləcək, tənək bəhrəsini, yer məhsulunu,+ göylər isə şehini verəcək. Bütün bunları xalqın sağ qalanlarına irs verəcəyəm.+ 13 Sizi qurtaracağam, ey Yəhuda və İsrail evi. Siz xalqlar arasında lənətli olmuşdunuz,+ indi isə nemət olacaqsınız.+ Qorxmayın,+ cəsur olun!”+
14 Ordular Allahı Yehovanın sözü budur: “Atalarınız Məni qəzəbləndirdiyi üçün başınıza fəlakət gətirməyi qət etdim və peşman olmadım, — deyir ordular Allahı Yehova.+ — 15 Bu günlərdə isə Yerusəlimə və Yəhuda evinə+ yaxşılıq etməyi qət etmişəm. Qorxmayın!”+
16 “Belə edin: bir-birinizə həqiqəti söyləyin.+ Şəhər darvazasında verilən hökmlər haqq-ədaləti, sülhü ucaltmalıdır.+ 17 Ürəyinizdə bir-birinizə qəsd qurmayın,+ yalandan and içməyin*,+ çünki Mən bütün bunlara nifrət edirəm”,+ — bəyan edir Yehova».
18 Mənə yenidən ordular Allahı Yehovanın sözü nazil oldu: 19 «Ordular Allahı Yehovanın sözü budur: “Dördüncü,+ beşinci,+ yeddinci+ və onuncu+ ayların orucu Yəhuda evi üçün sevinc, şadlıq, toy-bayram günləri olacaq.+ Odur ki, haqq-ədaləti və sülhü sevin”.
20 Ordular Allahı Yehovanın sözü budur: “Hələ çox xalqlar, çox şəhərlərin sakinləri gələcək. 21 Bir şəhərin sakinləri gedib o biri şəhərin sakinlərinə deyəcək: “Gəlin, gəlin gedək, Yehovadan lütf diləyək, ordular Allahı Yehovanı axtaraq. Bax, biz gedirik”.+ 22 Çox xalqlar və qüdrətli ümmətlər ordular Allahı Yehovanı axtarmaq və Yehovadan lütf diləmək üçün Yerusəlimə axışacaq”.+
23 Ordular Allahı Yehovanın sözü budur: “O günlərdə bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam+ bir yəhudinin ətəyindən* yapışıb deyəcək: “Biz də sizinlə gedirik,+ çünki eşitmişik, Allah sizinlədir”».+