İkinci Salnamələr
10 Rəhabam Sihama getdi.+ Bütün İsrail onu padşah etmək üçün ora toplaşmışdı.+ 2 Nəbat oğlu Ərubam+ bundan xəbər tutdu və geri qayıtdı. (Ərubam hələ Misirdə idi. O, Süleyman padşahdan qaçıb Misirə getmişdi.)+ 3 Onu oradan çağırtdırdılar. Ərubam və bütün İsrail Rəhabamın yanına gəlib dedi: 4 «Atan boynumuza ağır boyunduruq qoymuşdu.+ Əgər atanın bizə yüklədiyi ağır işi, ağır boyunduruğu yüngülləşdirsən, sənə qulluq edərik».
5 Rəhabam onlara dedi: «Üç gündən sonra yanıma gəlin». Camaat çıxıb getdi.+ 6 Rəhabam padşah atası Süleymana xidmət etmiş ağsaqqalları məsləhətə çağırıb soruşdu: «Camaata nə deyim, nə məsləhət görürsünüz?» 7 Onlar dedilər: «Əgər sən bu xalqla yaxşı rəftar etsən, onları razı salsan və müsbət cavab versən, onlar həmişə sənə qulluq edəcəklər».
8 Amma Rəhabam ağsaqqalların məsləhətini rədd etdi, özü ilə birgə böyümüş və indi ona xidmət edən cavanlarla məsləhətləşdi.+ 9 Onlardan soruşdu: «Camaat mənə deyir ki, atamın boyunlarına qoyduğu ağır boyunduruğu yüngülləşdirim. Siz nə məsləhət görürsünüz? Onlara nə deyək?» 10 Onunla birgə böyümüş cavanlar dedilər: «“Atan boynumuza ağır boyunduruq qoyub, onu yüngülləşdir” deyən xalqa belə cavab ver: “Mənim çeçələ barmağım atamın belindən yoğundur. 11 Atam boynunuza ağır boyunduruq qoymuşdu, mən isə boyunduruğunuzu daha da ağırlaşdıracağam. Atam sizi qamçı ilə cəzalandırırdı, mən isə sizi bizli qamçı ilə cəzalandıracağam”».
12 Ərubam üçüncü gün camaatla birlikdə Rəhabamın yanına gəldi, çünki Rəhabam: «Üç gündən sonra yanıma gəlin», — demişdi.+ 13 Padşah Rəhabam ağsaqqalların məsləhətini rədd edib xalqa sərt cavab verdi. 14 O, cavanların məsləhətilə xalqa dedi: «Mən boyunduruğunuzu daha da ağırlaşdıracağam. Atam sizi qamçı ilə cəzalandırırdı, mən isə sizi bizli qamçı ilə cəzalandıracağam». 15 Beləliklə, padşah xalqa qulaq asmadı. Hadisələrin bu cür cərəyan etməsi Allahdan idi ki,+ Yehovanın şilolu Əxiyyə vasitəsilə Nəbat oğlu Ərubama dediyi söz yerinə yetsin.+
16 İsraillilər padşahın onlara qulaq asmadığını görəndə ona dedilər: «Bizim Davudda nə payımız var? Yəssə oğlunda irsimiz yoxdur. Ey İsrail, haydı, hər kəs öz ilahlarına qayıtsın! İndi, ey Davud, öz evinin dərdini çək».+ İsraillilər belə deyib öz evlərinə dağılışdılar.+
17 Rəhabam ancaq Yəhuda şəhərlərində yaşayan israillilərin üzərində padşahlıq etdi.+
18 Rəhabam padşah mükəlləfiyyətlilərin nəzarətçisi Həduramı+ israillilərin yanına göndərdi. Amma israillilər onu daşlayıb öldürdülər. Rəhabam isə güc-bəla ilə arabasına minib Yerusəlimə qaçdı.+ 19 İsraillilər bu günə kimi Davud evinə qarşı asidirlər.