Əşiya
45 Yehova məsh etdiyi Kuruşa+,
Önündə xalqları baş əydirmək,
Padşahları tərksilah etmək,
Qarşısında qapılar bağlı olmasın deyə ikitaylı darvazanı taybatay açmaq üçün sağ əlindən tutduğu kəsə+ belə deyir:+
Mis qapıları qırıb parça-parça edəcəyəm,
Dəmir rəzələri kəsib doğrayacağam.+
3 Qaranlıq yerlərdəki xəzinələri,
Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm+ ki, biləsən,
Mən Yehovayam,
Səni adınla çağıran İsrailin Allahıyam.+
4 Qulum Yaqubun, seçdiyim İsrailin xatirinə
Səni adınla çağırıram,
Məni tanımadığın halda, sənə şərəfli ad verirəm.
5 Yehova Mənəm, başqası yoxdur.
Məndən başqa Allah yoxdur.+
Məni tanımadığın halda, belini kip qurşayacağam ki,
6 Gündoğandan günbatanadək bütün insanlar bilsin,
7 Nuru+ da, zülməti+ də Mən yaradıram,
Dincliyi+ də, fəlakəti+ də Mən gətirirəm;
Bütün bunları edən Mənəm, Yehova.
8 Ey göylər, yuxarıdan yağış tökün,+
Qoy buludlar haqq-ədalət yağdırsın.
Qoy yer köksünü açsın, qurtuluş barı gətirsin,
Onunla birlikdə haqq-ədalət bitirsin.+
Bunu yaradan Mənəm, Yehova».
9 Yaradanı ilə çəkişənin vay halına!
O, yerə düşmüş saxsı parçalarından biridir.
Heç gil dulusçuya «bu nədir düzəldirsən» deyər?+
Heç düzəltdiyin əşya sənə «bunun əlləri yoxdur» deyər?*
10 Ataya «belindən gələnə bax»,
Anaya «doğduğuna bax»* deyənin vay halına!
11 İsrailin Müqəddəsi,+ onu yaradan Yehova belə deyir:
«Bəlkə, Məndən gələcək barədə soruşmaq istəyirsiniz,
Bəlkə, oğullarımla,+ ya da əllərimin işi ilə bağlı göstəriş vermək istəyirsiniz?
12 Yerə quruluş verən,+ üzərində insanı yaradan Mənəm.+
13 «Mən bir nəfəri haqq naminə ayağa qaldırmışam.+
Onun bütün yollarını düz edəcəyəm.
Mənim şəhərimi o tikəcək.+
Əsirlikdə olanlarımı fidyəsiz, bəxşişsiz+ azad edəcək»,+ — deyir ordular Allahı Yehova.
14 Yehova belə deyir:
«Misirin gəliri*, Həbəşin malları*, boy-buxunlu səbalılar sənə gələcək, sənin olacaq.
Əli qandallı arxanca gedəcəklər.
Onlar gəlib önündə təzim edəcək,+
Yalvara-yalvara deyəcəklər: “Allah səninlədir,+
Ondan başqası yoxdur, Ondan başqa Allah yoxdur”».
15 Ey Xilaskar,+ ey İsrailin Allahı,
Sən Özünü pünhan saxlayan Allahsan.
16 Onların hamısı alçalıb xar olacaq,
Büt düzəldənlərin hamısı rüsvayçılıq içində rədd olacaqlar.+
17 İsrail isə Yehovadan əbədi qurtuluş alacaq!+
Siz heç vaxt rüsvay olub xəcalət çəkməyəcəksiniz.+
18 Göyləri yaradan,+ var olan Allah,
Yerə quruluş verən, onu möhkəm təməl üstdə quran Xaliq,+
Onu boş yerə deyil*, yaşayış üçün+ yaradan Yehova belə deyir:
«Yehova Mənəm, başqası yoxdur.
19 Mən xəlvət yerdə,+ qaranlıq diyarda danışmadım,
Yaqub nəslinə “Məni axtarın, onsuz da faydası olmayacaq” demədim.
Mən haqqı danışan, doğrunu bəyan edən Yehovayam.+
20 Ey xalqların əlindən qurtulanlar, yığışıb gəlin,
Bir yerdə yaxınlaşın.+
Oyma bütləri gəzdirən,
Qurtuluş verə bilməyən allaha dua edənlər heç nə bilmir.+
21 Danışın, işinizi ortaya qoyun.
Qoy birgə məşvərət etsinlər.
Kim bunu əzəldən xəbər verib?
Kim bunu ta qədimdən bəyan edib?
Məgər Mən Yehova etməmişəm?
23 Varlığıma and içdim,
Ağzımdan çıxan söz doğrudur,
Geri qayıtmaz,+
Bütün dizlər qarşımda büküləcək,
Bütün dillər and içib deyəcək:+
24 “Mütləq doğruluq və güc Yehovaya məxsusdur.
Ona hiddətlənənlərin hamısı xəcalət içində hüzuruna gələcək.
25 Bütün İsrail nəsli Yehovanın sayəsində haqlı çıxacaq,+
Onunla öyünəcəklər”».