Mikə
4 Zamanın sonunda
Yehovanın evinin durduğu dağ+
Dağlardan uca bərqərar olacaq,
Təpələrdən yuxarı ucalacaq,
Xalqlar ona sarı axışacaq.+
2 Çox xalqlar gəlib deyəcək:
«Gəlin Yehovanın dağına,
Yaqubun Allahının evinə qalxaq,+
O, bizə yolunu öyrətsin,
Biz də Onun yolu ilə yeriyək».
Çünki qanun Siondan,
Yehovanın sözü Yerusəlimdən çıxacaq.
3 O, çox ümmətlər arasında hakim olacaq,+
Uzaqda yaşayan qüdrətli xalqlara aid məsələləri həll edəcək.
Xalq xalqın üstünə qılınc qaldırmayacaq,
Artıq müharibə etməyi öyrənməyəcəklər.+
4 Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq,+
Onları qorxudan olmayacaq,+
Bunu ordular Allahı Yehova deyib.
5 Bütün ümmətlər, hər biri öz allahının adı ilə yeriyəcək,
Biz isə əbədiyyən Allahımız Yehovanın+ adı ilə yeriyəcəyik.
6 Yehova bəyan edir:
«O gün axsayan xalqı toplayacağam.
Pərən-pərən düşmüş,+
Cəzalandırdığım xalqı bir yerə yığacağam.
Yehova Sion dağında, onların üzərində
İndidən sonsuzadək hökmranlıq edəcək.
8 Sən, ey sürü qülləsi,
Ey Sion qızının dağı,+
Yenidən ilk hakimiyyətinə,+
Yerusəlim qızının səltənətinə qovuşacaqsan.+
9 Nə çığır-bağır salmısan?
10 Ey Sion qızı, doğan qadın kimi ağrıdan qovrul, zarılda.
Çünki şəhərdən çıxıb çöllükdə yaşayacaqsan.
Orada Yehova səni düşmən əlindən qurtaracaq.+
11 Çox xalqlar sənə qarşı toplaşıb deyəcək:
“Qoy Sion murdarlansın,
Qoy gözümüzlə görək!”
12 Lakin onlar Yehovanın fikirlərini bilmir,
Onun niyyətini başa düşmürlər.
O, onları təzəcə biçilib xırmana yığılmış taxıl dərzləri kimi toplayacaq.
13 Ey Sion qızı, dur, xırman döy!+
Mən sənin buynuzunu dəmirə,
Dırnaqlarını misə döndərəcəyəm.