Zəbur
BİRİNCİ BÖLMƏ
(1—41-ci məzmurlar)
1 Xoşbəxtdir o kəs ki, pislərin sözü ilə oturub-durmur,
Günahkarların yoluna ayaq basmır,+
Rişxəndçilərin arasında əyləşmir.+
3 O, axar sular kənarında əkilmiş,
Barını mövsümündə verən ağactək olar,
Yarpaqları solmaz,
Hər işində uğur qazanar.+
4 Şər adamlar isə belə deyil,
Onlar küləyin sovurub apardığı saman kimidir.