Zəbur
Davudun duası.
17 Ey Yehova, haqdan ötrü yalvarışımı dinlə
İmdad diləyirəm, eşit,
Hiyləsiz dilimdən çıxan duaya qulaq ver.+
2 Mənə ədalətli hökmü Sən Özün çıxar,+
Qoy gözlərin doğruluğu görsün.
3 Qəlbimi araşdırdın, gecələr məni yoxladın,+
Görəcəksən ki, fitnə qurmamışam,
Dilimdən günah çıxmayıb.
4 İnsan əməlinə gəldikdə isə,
Sənin sözünə baxıb qarətçinin yolundan uzaq gəzirəm.+
5 Qoy Sənin yollarında addımlayım ki,
Ayaqlarım büdrəməsin.+
6 Səni çağırıram, ey Allahım, çünki mənə hay verərsən.+
Nə olar, qulağını mənə tərəf əy, dediklərimi eşit.+
9 Mənə hücum edən şər adamlardan,
Məni dövrəyə alan yağı düşməndən məni hifz et.+
10 Onlar qabalaşıblar*,
Ağızlarından qudurğanlıq tökülür.
11 Addımımızı dövrəyə alırlar,+
Fürsət axtarırlar, bizi yerə vursunlar.
12 Hər biri aslantək qurbanını parçalamağa can atır,
Xəlvətdə pusan gənc aslan kimi gözləyir.
13 Qalx, ey Yehova, onlarla üz-üzə dur,+ qəddlərini əy,
Qılıncını sıyır, canımı pislərdən qurtar.