Zəbur
Dirijora. Yehovanın qulu Davudun məzmuru.
36 Pis adamın ürəyinin dərinliyində günah pıçıldayır,
O, Allah qorxusu bilmir.+
2 Özündən elə razıdır ki,
Nə günahını görür, nə ondan ikrah edir.+
3 Dilindən fitnə-fəsad düşmür,
Yaxşı iş görməyə düşüncəsi çatmır.
4 Yatağında belə, fitnə qurur,
Əyri yolda dayanır,
Şəri özündən qovmur.
5 Ey Yehova, Sənin məhəbbətin göylərə çatır,+
Sədaqətin buludlara dirənir.
Ey Yehova, insanı da, heyvanı da Sənsən qoruyan.+
7 Pərvərdigara, məhəbbətin* necə də əzizdir!+
Bəşər oğulları qanadlarının kölgəsinə sığınar.+
11 Qoyma təkəbbürlü adam üstümə ayaq alsın,
Şər adam məni yurd-yuvamdan etsin.
12 Bax, günahkarlar yıxıldı,
Yerə sərildi, ayağa dura bilmirlər.+