Zəbur
97 Yehova padşah oldu!+
4 Şimşəkləri torpağı işıqlandırır,
Yer bunu görüb titrəyir.+
5 Dağlar mum kimi əriyir Yehovanın önündə,+
Xudavəndi-aləmin önündə.
6 Göylər Onun ədalətini bəyan edir,
Xalqlar Onun calalını görür.+
Onun qarşısında əyilin, ey bütün allahlar!+
9 Çunki dünyada Haqq-Taala Sənsən, ey Yehova,
Bütün allahlardan qat-qat ucasan.+
10 Ey Yehovanı sevənlər, pisliyə nifrət edin,+
O, sadiq bəndələrinin canını hifz edir,+
Onları pislərin əlindən qurtarır.+
11 Saleh adam üçün işıq parladı,+
Ürəyidüz adamlar üçün sevinc ələndi.
12 Ey salehlər, Yehova olsun sevinciniz,
Onun müqəddəs adına şükür edin!