Əşiya
48 Dinlə, ey Yaqub evi,
Ey özünü İsrailin adı ilə adlandıran,+
Ey Yəhuda sularından çıxan*,
Ey Yehovanın adına and içən,+
İsrailin Allahını çağıran,
Lakin bunu həqiqətə uyğun, salehliklə etməyən.+
2 Onlar deyirlər ki, müqəddəs şəhərdəndirlər,+
Adı ordular Allahı Yehova olan
İsrailin Allahına üz tuturlar.+
3 «Keçmişdə olanları Mən lap əzəldən demişdim,
Bu şeylər Mənim ağzımdan çıxmışdı,
Onları Mən əyan etmişdim.+
Sonra qəfil hərəkətə keçdim, onlar gerçəkləşdi.+
4 Bilirdim, siz çox inadkarsınız,
Boynunuzun əzələləri* dəmirdən, alnınız misdəndir,+
5 Ona görə sizə lap əvvəldən demişdim,
Bu şeylər baş verməmişdən sizə bildirdim ki,
Sonra deməyəsiniz, “bunu mənim bütüm eləyib,
Oyma bütümün, tökmə bütümün hökmü ilə olub”.
6 Siz bütün bunları eşidib gördünüz.
Məgər bunları bəyan etməli deyilsiniz?+
İndi isə Mən sizə yeni şeyləri,
Gizli saxlanılan, bilmədiyiniz şeyləri əyan edirəm.+
7 Bunlar indi gerçəkləşir, bu cür şeylər qədimdə olmayıb,
İndiyədək bunlar barədə eşitməmisiniz.
Odur ki, deyə bilməzsiniz “əşi, mən bunları bilirdim”.
8 Xeyr, eşitməmisiniz,+ bilmirsiniz,
Ta keçmişdən qulaqlarınız tıxanmışdır.
10 Sizi gümüş kimi olmasa da, saflaşdırdım.+
Sizi əzab sobasında sınadım*.+
Şanımı heç kəsə vermərəm*.
12 Ey Yaqub, ey çağırdığım İsrail, Məni dinlə.
Mən həmişəkiyəm.+ İlk Mənəm, son da Mənəm.+
Onları çağıran kimi hamısı hazır durur.
14 Hamınız toplaşıb qulaq asın.
Bunlardan hansı biri bu şeyləri xəbər verib?
Yehova ona mehr saldı.+
16 Yaxın gəlin, görün nə deyirəm.
Mən heç vaxt xəlvətdə danışmamışam.+
Bu şeylər başlayandan Mən orada idim».
Məni Külli-İxtiyar Yehova və Onun ruhu göndərdi.
17 Sənin Qurtarıcın, İsrailin Müqəddəsi Yehova belə deyir:+
«Mən sənin Allahın Yehovayam,
Mən sənin xeyrinə səni öyrədirəm,+
Səni getməli olduğun yolla aparıram.+
18 Kaş əmrlərimə diqqət yetirəydin!+
19 Nəslin qum qədər,
Övladların qum dənələri qədər olardı.+
Adları heç vaxt önümdən silinib yox olmazdı».
20 Babildən çıxın!+
Kəldanilərdən qaçın!
Sevinc sədaları ilə bəyan edin, car çəkin!+
21 Onları biyabanla aparanda onlar susamadılar.+
Onlar üçün qayadan su axıtdı,
Qayanı yarıb gur su çıxartdı».+
22 Yehova deyir: «Şər adamlar sülh görməyəcək».+