Məsəllər
26 Yaya qar, biçin mövsümünə yağış yaraşmadığı kimi,
Axmağa da şərəf yaraşmır.+
2 Quş boş yerə pırıldamaz, qaranquş boş yerə uçmaz,
Qarğış da boş yerə adamı tutmaz*.
4 Axmağa axmaqlığına görə cavab vermə,
Yoxsa ona tay olarsan.
5 Axmağa axmaqlığına görə cavab ver ki,
Özünü ağıllı sanmasın.+
6 İşini axmağa tapşıran
Ayağını şikəst edib özünə ziyan vurana bənzər.
7 Axmağın dilindən çıxan məsəl
Çolağın axsaq ayağına bənzər.+
8 Axmağı ucaltmaq
Sapanda daş qoymağa bənzər.+
9 Sərxoşun əlində tikan kolu necədirsə,
Axmağın çəkdiyi məsəl də elədir.
10 Axmağı, yoldan keçəni muzdla tutan
Kimi gəldi yaralayan oxatana bənzər.
11 Köpək öz qusuntusuna qayıtdığı kimi,
Axmaq da axmaqlığını təkrarlar.+
12 Özünü ağıllı sayan adam görmüsən?+
Axmağın düzəlməyinə ondan çox ümid var.
13 Tənbəl deyər: «Yolda aslan var,
Meydanda şir dolaşır!»+
14 Qapı öz dabanı üstdə,
Tənbəl də yatağında fırlanar.+
15 Tənbəl əlini cama salar,
Çıxarıb ağzına aparmağa heyi olmaz.+
16 Tənbəl adam özünü
Ağıllı cavab verən yeddi nəfərdən hikmətli sayar.
18 Odlu mizraqlar, oxlar atan, ölüm saçan dəli necədirsə,
19 Qonşusuna kələk gəlib sonra «zarafat etdim» deyən də elədir.+
20 Odun olmayanda ocaq sönər,
Böhtançı olmayanda da dava kəsilər.+
21 Kömür köz salar, odun ocağı alışdırar,
Davakar adam da davanı qızışdırar.+
22 Böhtançının sözləri dadlı tikələrə bənzər,
Düz mədənin dibinə düşər.+
23 Şər ürəkdən gələn şirin sözlər
Saxsı qabın üstünə çəkilmiş gümüşə bənzər.+
24 Düşmən kinini dili ilə örtər,
Amma ürəyində fitnə bəslər.
25 Mehriban-mehriban danışsa da ona inanma,
Çünki qəlbində yeddi cür iyrənclik var*.
26 Nifrətini yalanla ört-basdır etsə də,
Kini camaat içində faş olar.
27 Quyu qazan, özü o quyuya düşər,
Kim daşı yuvarlayarsa, daş onun üstünə qayıdar.+
28 Yalançı dil yıxdığı kəslərə nifrət edər,
Yaltaq dil isə viranəlik yaradar.+