Zəbur
Davudun məzmuru.
15 Ey Yehova, çadırında kim mehman olar?
Müqəddəs dağında kim yaşayar?+
2 O kəs ki kamillik yolu ilə gedir,+
Əməlləri doğrudur,+
Ürəyində həqiqəti danışar,+
3 Dilindən böhtan çıxmaz,+
Başqasına pislik etməz,+
Dostuna qara yaxmaz,+
4 Alçaq adamı görən gözü yoxdur,+
Amma Yehovadan qorxanlara hörmət edər,
Zərərinə olsa belə, əhdindən dönməz,+
5 Sələmlə pul verməz,+
Günahsızın əleyhinə rüşvət almaz.+
Bu cür adam əsla sarsılmaz.+