Əyyub
Dərdimi açıb-tökəcəyəm,
Yana-yana danışacağam.
2 Allaha deyəcəyəm: “Məni təqsirkar çıxarma.
Axı niyə mənimlə çəkişirsən, de bilim.
3 Məgər zülm etməyin,
Öz zəhmətinin bəhrəsinə+ xor baxmağın,
Pislərin məsləhətini bəyənməyin Sənə xeyri var?
4 Məgər Sənin gözün insan gözüdür?
Ya Sən fani insan kimi baxırsan?
5 Günlərin fani insanın günləri,
İllərin bəşərin illəridir ki,+
6 Məndə səhv axtarırsan?
Məndə günah arayırsan?+
8 Sənin əllərin yaratdı məni, vücuduma quruluş verdi,+
İndi də məni məhv edirsən.
10 Məgər məni süd kimi töküb,
Pendir kimi bərkitmədin?
11 Əti və dərini əynimə geyindirdin,
Məni sümüklərlə, vətərlərlə toxudun.+
13 Amma ürəyində gizli niyyət var idi.
Bilirəm, bunlar Səndəndir.
14 Günah etmişdimsə, görərdin,+
Təqsirimdən keçməzdin.
15 Günahkaramsa, vay halıma!
16 Başımı dikəldəndə məni aslan kimi ovlayırsan,+
Yenə də mənə qarşı gücünü göstərirsən.
17 Əleyhimə yeni şahidlər çıxarırsan,
Mənə qarşı qəzəbini artırırsan.
Əzabımın üstünə əzab gəlir.
18 Axı nə üçün məni ana bətnindən çıxartdın?+
Kaş öləydim, heç kim məni görməzdi,
19 Kaş dünyaya gəlməz olaydım,
Bətndən birbaşa qəbrə köçürüləydim”.