Birinci İşmuil
2 Onda Hənnə belə dua etdi:
Ağzımı açıb düşmənlərimə cavab verəcəyəm,
Çünki verdiyin qurtuluşlara sevinirəm.
3 Bəsdirin lovğa-lovğa danışdınız.
Ağzınızdan təkəbbürlü sözlər çıxmasın,
Çünki Yehova hər şeyi bilən Allahdır,+
Hər əmələ qiyməti O verir.
4 İgidlərin əllərində oxları əsir,
Səndirləyənlər isə gücə gəlir.+
5 Toxlar çörəkdən ötrü muzdurluq edir,
Aclar isə daha aclıq çəkmir.+
Sonsuz qadın yeddi övlad doğur,+
Çoxlu övlad anası yalqız qalır.
8 O, fəqiri toz-torpağın içindən çıxarır,
Onları əsilzadələrlə yanaşı əyləşdirir,
Onları şərəf taxtında oturdur.
Yerin təməlləri Yehovanın əlindədir,+
Dünyanı onların üzərində bərqərar edib.
9 O, sadiq bəndələrinin addımlarını qoruyur,+
Şər adamlar isə zülmətdə məhv ediləcək.+
Çünki insan öz gücü ilə zəfər çalmaz.+
Yehova bütün dünyanı mühakimə edəcək.+
Padşahına qüvvət verəcək,+
Məsh edilmişinin gücünə güc qatacaq».+
11 Sonra Əlqəna Ramaya evinə getdi, uşaq isə kahin Əlinin nəzarəti altında Yehovaya qulluq etməyə başladı.+
12 Əlinin oğulları yaramaz adamlar idilər,+ Yehovaya hörmət etmirdilər. 13 Qurbanlardan kahinə düşən payla belə edirdilər:+ kimsə qurban təqdim edəndə ət hələ qaynayarkən kahinin xidmətçisi əlində üçdişli çəngəl gəlib 14 əlini teştə, qazana ya da tavaya salırdı. Çəngələ nə keçirdisə, kahin özünə götürürdü. Onlar Şiloya gələn bütün israillilərin başına belə oyun açırdılar. 15 Üstəlik, qurban gətirən adam hələ piyi yandırmamış+ kahinin xidmətçisi gəlib ona deyirdi: «Kahinə qızartmaq üçün ət ver. Qaynadılmış ət götürməyəcək, çiy ət istəyir». 16 Qurban gətirən adam: «Qoy əvvəlcə piyi yandırsınlar,+ sonra nə istəyirsən götür», — deyəndə, xidmətçi: «Yox, indi ver, verməsən, zorla götürəcəyəm!» — deyirdi. 17 Beləliklə, xidmətçilər Yehovanın önündə böyük günaha batırdılar,+ çünki onlar Yehovaya gətirilən qurbanlara hörmət qoymurdular.
18 Balaca İşmuil isə əynində kətan döşlük+ Yehovanın hüzurunda xidmət edirdi.+ 19 Anası onun üçün köynək tikir, hər il əri ilə illik qurbanı təqdim etməyə gələndə+ gətirib ona verirdi. 20 Kahin Əli Əlqəna ilə arvadına xeyir-dua verib dedi: «Yehovaya verdiyin bu uşağın yerinə qoy Yehova bu arvadından sənə başqa övlad bəxş eləsin».+ Sonra onlar evlərinə qayıtdılar. 21 Yehova Hənnəyə nəzər saldı. O hamilə qaldı,+ daha üç oğlan və iki qız dünyaya gətirdi. Balaca İşmuil isə Yehovanın önündə böyüyürdü.+
22 Əli artıq çox qocalmışdı. O, oğlanlarının bütün İsraillə rəftarından,+ Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıq etdiklərindən xəbərdar idi.+ 23 Əli onlara deyirdi: «Niyə belə işlər görürsünüz? Hamıdan sizin barənizdə pis-pis sözlər eşidirəm. 24 Yox, oğullarım, belə olmaz. Yehovanın xalqı arasında gəzən söz-söhbət qulağıma çatır, eşitdiklərim heç də xoşagələn deyil. 25 Adam başqasına qarşı günah işləsə, kimsə onun üçün Yehovaya yalvarar*. Bəs Yehovaya qarşı günah işləsə,+ kim onun üçün dua edər?» Amma onlar atalarının sözünü veclərinə almırdılar, çünki Yehova artıq onların ölümünə hökm vermişdi.+ 26 Balaca İşmuil isə böyüyür, həm Yehovanın, həm də xalqın rəğbətini qazanırdı.+
27 Günlərin bir günü bir Allah adamı Əlinin yanına gəlib dedi: «Yehova belə deyir: “Məgər atanın evi Misirdə firon evinə köləlik edəndə Mən Özümü onlara tanıtmamışdım?+ 28 O, bütün İsrail qəbilələri arasından seçilmişdi+ ki, Mənə kahin kimi xidmət etsin, qurban gətirmək, buxur təqdim etmək* üçün qurbangahıma çıxsın+ və hüzurumda döşlük taxsın. İsraillilərin odda yandırılan bütün təqdimələrini əcdadının evinə verdim.+ 29 Nə üçün məskənimdə təqdim etməyi buyurduğum qurban və təqdimələrə xor baxırsınız?+ Siz xalqım İsrailin təqdim etdiyi qurbanların ən yaxşı tikələrini yeyirsiniz. Nə üçün oğullarına Məndən çox hörmət qoyursan?+
30 Buna görə də İsrailin Allahı Yehova belə deyir: “Mən demişdim ki, sənin və əcdadının evi həmişə Mənə xidmət edəcək”.+ Amma indi Yehova bəyan edir: “Artıq buna yol verməyəcəyəm. Mənə hörmət edənə Mən də hörmət edəcəyəm,+ amma Mənə həqarət edəni Mən də alçaldacağam!” 31 Gün gələcək, səni və atan evini gücdən salacağam. Nəslindən heç kim ahıl yaşına çatmayacaq.+ 32 İsrail naz-nemətlə bəsləndiyi halda, sən Mənim məskənimdə yalnız düşmən görəcəksən.+ Sənin evində daha heç vaxt ahıl adam olmayacaq. 33 Evindən qurbangahımda xidmət etmək üçün sağ saxladığım adam gözlərinin nurunu alacaq, sənə dərd gətirəcək. Nəslindən olanların çoxu qılıncdan keçiriləcək.+ 34 Oğulların Hüfni və Fənhasın başına gələnlər isə sənə bir əlamət olacaq: ikisi də bir gündə öləcək.+ 35 Sonra Özümə sadiq kahin seçəcəyəm.+ O, Mənim ürəyimcə hərəkət edəcək. Onun üçün daimi ev tikəcəyəm, o, həmişə Mənim məsh edilmişim üçün kahinlik edəcək. 36 Sənin evindən sağ qalanlar muzd üçün, bir tikə çörək üçün ona baş əyib deyəcək: «Nə olar, mənə kahinliklə bağlı bir iş ver ki, bir tikə çörəyim olsun».+