Yunus
2 Yunus balığın qarnında Allahı Yehovaya dua edib+ 2 dedi:
«Darda olanda Yehovanı çağırdım, O, mənə hay verdi.+
Məzarın* bağrından imdad dilədim,+
Sən səsimi eşitdin.
3 Sən məni dəryanın dibinə, dənizin köksünə atdın.
4 Dedim: “Məni gözünün qabağından qovdun,
Bir də müqəddəs məbədini görəcəyəmmi?”
5 Sular məni uddu, canımı haqladı,+
Ümman məni ağuşuna aldı,
Yosunlar başıma dolaşdı.
6 Dağların dibinədək endim,
Arxamca dünyanın qapıları həmişəlik bağlanacaqdı,
Lakin Sən canımı quyudan çıxartdın, ey Allahım Yehova.+
7 Canım üzüləndə Yehovanı yada saldım.+
O zaman duam Sənə, müqəddəs məbədinə yetişdi.+
8 Puç bütlərə pərəstiş edənlər məhəbbət çeşməsini tərk edirlər*.
9 Mən isə Sənə şükranlarla qurban gətirəcəyəm,
Nəzirimi yerinə yetirəcəyəm.+
Qurtuluş Səndəndir, ey Yehova».+
10 Sonra Yehova balığa əmr etdi və balıq Yunusu quruya qaytardı.