Məsəllər
3 Doğru və haqq iş
Yehova üçün qurbandan daha xoşdur.+
4 Məğrur gözlər və təkəbbürlü ürək
Şər adamın çırağıdır, günahdır.+
7 Şər adamı qəddarlığı məhv edər,+
Çünki haqqı, ədaləti tapdalayır.
8 Günahkarın yolu əyri-üyrüdür,
Pak adamın isə əməlləri safdır.+
12 Haqq Sahibi şər adamın evini müşahidə edər,
Şəri yıxıb məhv edər.+
14 Gizli hədiyyə hirsi soyudar,+
Qoltuq altındakı rüşvət güclü qəzəbi yatırar.
15 Saleh üçün haqq iş görmək sevincdir,+
Bədəməl üçünsə dəhşətdir.
16 Kamal yolundan sapan
Ölüm dustaqlarının arasında uyuyar.+
17 Eyş-işrəti sevən müflisləşər,+
Mey və yağ hərisi varlanmaz.
18 Şər adam saleh üçün,
Xain də əməlisaleh üçün fidyə olar.+
23 Dilinə-ağzına yiyə duran
Başını bəladan saxlar.+
24 Saymazyana, təkəbbürlə hərəkət edən insan
Məğrur, harınlamış lovğa adlanar.+
25 Tənbəlin istəyi onu ölümə aparar,
Çünki əlləri zəhmət çəkmək istəməz.+
26 O, bütün günü hərisliklə arzular,
Amma saleh əsirgəmədən bölüşər.+
27 Şər adamın gətirdiyi qurban iyrəncdir,+
Pis niyyətlə gətirərsə, lap betərdir.
28 Yalançı şahid məhv olar,+
Dinləməyi bacaranın şəhadəti uğurlu olar.
30 Yehovaya zidd hikmət, bəsirət, məsləhət yoxdur.+