Yaradılış
17 İbram doxsan doqquz yaşında olanda Yehova ona görünüb dedi: «Mən Qadir Allaham. Mənim yolumla get və kamil* ol. 2 Mənimlə sənin aranda olan əhdi gerçəkləşdirəcəyəm+ və nəslini çoxaltdıqca çoxaldacağam».+
3 Bunu eşitcək İbram üzüstə düşdü. Allah sözünə davam edib dedi: 4 «Mən səninlə əhd bağlamışam,+ sən çoxlu xalqların atası olacaqsan.+ 5 Adın daha İbram* yox, İbrahim* olacaq, çünki səni çoxlu xalqların atası edəcəyəm. 6 Nəslini çoxaltdıqca çoxaldacağam. Səndən xalqlar törəyəcək, nəslindən padşahlar çıxacaq.+
7 Mənimlə sənin və gələcək övladın* arasındakı əhdi nəsildən-nəslə davam edən əbədi əhd olaraq tutacağam:+ Mən sənin və övladlarının* Allahı olacağam. 8 Qərib kimi yaşadığın torpağı — bütün Kənan diyarını əbədilik sənə və gələcək övladlarına* verəcəyəm.+ Mən onların Allahı olacağam».+
9 Sonra Allah İbrahimə dedi: «Sən isə əhdimə əməl et. Həm sən, həm də gələcək övladların* əhdimə əməl etməlisiniz. 10 Mənimlə sizin aranızdakı əhd budur: aranızda kişi cinsindən olan hər kəs sünnət olunmalıdır.+ Siz də, gələcək övladlarınız* da bu əhdə əməl etməlisiniz. 11 Siz sünnət olunmalısınız. Bu, Mənimlə sizin aranızda bağlanan əhdin nişanəsi olacaq.+ 12 Aranızdakı səkkizgünlük oğlan uşaqları, istər evinizdə doğulsun, istərsə də nəslinizdən olmayıb satın alınan yadelli olsun, sünnət olunmalıdır.+ Bu, nəsildən-nəslə belə davam etməlidir. 13 Həm evinizdə doğulan, həm də satın aldığınız hər kəs sünnət olunmalıdır.+ Bədəninizdə nişanəsi olan əhdim əbədi əhd olacaq. 14 Kim sünnət olunmazsa, xalqının arasından yox edilməlidir*. Həmin kəs Mənim əhdimi pozub».
15 Sonra Allah İbrahimə dedi: «Arvadın Sarayı+ isə daha Saray* deyib çağırma, bundan sonra onun adı Sara* olacaq. 16 Onu mübarək qılacağam, o, sənə oğul doğacaq;+ onu mübarək qılacağam, o, xalqların anası olacaq, ondan xalqların padşahları törəyəcək». 17 Bunu eşidəndə İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi:+ «Heç yüz yaşlı kişinin də uşağı olar? Hələ Saranı demirəm, doxsan yaşında qadın da uşaq doğar?»+
18 İbrahim Allaha dedi: «Kaş ki İsmayıl Sənin xeyir-duanı alaydı!»+ 19 Allahın cavabı belə oldu: «Arvadın Sara sənə oğul doğacaq, adını İshaq*+ qoyacaqsan. Əhdimi onunla və onun gələcək övladı* ilə davam etdirəcəyəm.+ Bu, əbədi əhd olacaq. 20 İsmayılla bağlı diləyini də eşitdim. Onu da mübarək edəcəyəm, çoxlu oğul-uşaq sahibi olacaq, nəslini çoxaltdıqca çoxaldacağam. O, on iki əmir atası olacaq və ondan böyük bir xalq törəyəcək.+ 21 Ancaq əhdim Saranın gələn il bu vaxt+ dünyaya gətirəcəyi İshaqla olacaq».+
22 Bununla Allah sözünü bitirib İbrahimdən ayrıldı. 23 Həmin gün İbrahim, Allahın dediyi kimi, oğlu İsmayılı, evində doğulan və satın alınan bütün qulları — evində kişi cinsindən olan hər kəsi sünnət etdi+. 24 İbrahim sünnət olunanda+ doxsan doqquz yaşında idi. 25 Oğlu İsmayıl isə sünnət olunanda on üç yaşında idi.+ 26 Həmin gün İbrahim və oğlu İsmayıl sünnət olundu. 27 Onun bütün ev əhli — evində doğulanlar da, yadellilərdən satın alınanlar da onunla birlikdə sünnət olundular.