Zəbur
2 Niyə xalqlar:
«Hanı onların Allahı?» — desin.+
3 Allahımız göylərdədir,
İstədiyi hər şeyi edir.
4 Amma onların bütləri qızıldır, gümüşdür,
İnsan əlinin işidir.+
5 Ağızları var, danışa bilmir,+
Gözləri var, görə bilmir,
6 Qulaqları var, eşidə bilmir,
Burunları var, qoxu bilmir,
7 Əlləri var, hiss etmir,
Ayaqları var, yeriyə bilmir,+
Boğazlarından səs çıxmır.+
8 Onları düzəldənlər də,
Onlara güvənənlər də onlar kimi olacaq.+
10 Ey Harun evi,+ Yehovaya bel bağla,
Odur köməyiniz, Odur qalxanınız.
12 Biz Yehovanın xatirindəyik, O, bizə xeyir-bərəkət verəcək,
İsrail evinə xeyir-bərəkət verəcək,+
Harun evinə xeyir-bərəkət verəcək.
13 Yehova Ondan qorxanlara,
Kiçiyə də, böyüyə də xeyir-bərəkət verəcək.
14 Yehova sizi,
Sizi və oğullarınızı çoxaldacaq.+
18 Biz isə Yaha şükür edərik,
İndidən sonsuzadək.
Yaha alqış edin!