Yəhyaya nazil olmuş vəhy
15 Mən göydə möhtəşəm və heyrət doğuran başqa bir əlamət gördüm: yeddi bəla gətirən yeddi mələk.+ Bunlar axırıncı bəlalar idi, çünki Allahın qəzəbi bunlarla tamamlanırdı.+
2 Sonra mən, sanki, alovla şüşənın qarışığından bir dəniz+ gördüm. Dənizin qırağında vəhşi heyvanın, onun surətinin+ və adının+ rəqəmi üzərində qələbə çalanlar+ durmuşdular. Onların əlində Allahın çəngləri vardı. 3 Onlar Allahın qulu Musanın+ və Quzunun+ mahnısını oxuyurdular:
«Ey Yehova Allah, ey Qüdrət Sahibi!+ İşlərin möhtəşəm+ və heyrətamizdir. Ey Əbədiyyət Padşahı,+ yolların haqq+ və doğrudur. 4 Kim Səndən qorxmaz, kim adını ucaltmaz, ey Yehova, axı təkcə Sən sədaqətlisən?!+ Bütün xalqlar gəlib qarşında baş əyəcək,+ çünki haqq hökmlərin aşkar oldu».
5 Bundan sonra mən göylərdə Şəhadət çadırının+ müqəddəs məkanının açıldığını+ gördüm. 6 Müqəddəs məkandan yeddi bəla gətirən+ yeddi mələk çıxdı. Onlar əyinlərinə təmiz, parlaq kətandan libas geymiş, sinələrini qızıl kəmərlə qurşamışdılar. 7 Dörd məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın qəzəbi+ ilə dolu yeddi qızıl cam verdi. 8 Müqəddəs məkan Allahın calalından+ və qüdrətindən tüstü ilə doldu. Yeddi mələyin gətirdiyi yeddi bəla+ başa çatmayınca heç kəs müqəddəs məkana girə bilmədi.