Yaradılış
46 İsrail nəyi varsa* yığıb yola düşdü. O, Biir-Səbaya+ çatanda atası İshaqın Allahına qurban gətirdi.+ 2 Gecə Allah vəhydə İsraili çağırıb dedi: «Yaqub, Yaqub!» O: «Bəli», — deyə cavab verdi. 3 Allah dedi: «Mən var olan Allaham, atanın Allahıyam.+ Misirə getməyə qorxma, çünki orada səndən böyük bir xalq yaradacağam.+ 4 Mən Özüm səninlə Misirə gedəcəyəm, elə Özüm də səni oradan çıxaracağam.+ Sənin gözlərini Yusif bağlayacaq».+
5 Bundan sonra Yaqub Biir-Səbadan getdi. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun ataları üçün göndərdiyi arabalarda aparırdılar. 6 Onlar mal-qaralarını, eləcə də Kənan torpağında əldə etdikləri hər şeyi özləri ilə götürmüşdülər. Beləliklə, Yaqub övladları ilə birlikdə gəlib Misirə çatdı. 7 O, Misirə bütün nəslini, oğullarını, qızlarını və nəvələrini gətirmişdi.
8 İsrailin, yəni Yaqubun Misirə gələn oğulları bunlar idi:+ Yaqubun ilki Rubən.+
9 Rubənin oğulları: Hənuq, Fəllu, Həsrun və Qarmi.+
10 Şəmunun+ oğulları: Yəmuil, Yəmin, Əhəd, Yakin, Zohar və kənani qadından doğulan Şaul+.
11 Lavinin+ oğulları: Hirsən, Kəhat və Merar.+
12 Yəhudanın+ oğulları: Əir, Onan, Saleh+, Farəs+ və Zarah+. Əir ilə Onan Kənan diyarında ölmüşdülər.+
Farəsin oğulları: Həsrun və Həmül.+
13 Yəsakirin oğulları: Tohla, Fuva, Yub və Şimrun.+
14 Zəbulunun+ oğulları: Sərad, İlun və Yəhlail.+
15 Bunlar Yaqubun Ləyadan doğulan övladlarıdır. Ləya onları və qızı Dinəni+ Fəddan-Aramda doğmuşdu. Onun oğul və qızlarının sayı cəmi otuz üç nəfər idi.
16 Cadın+ oğulları: Sifyun, Həqqi, Şuni, Əzbun, Eyri, Arud və Ərili.+
17 Aşirin+ oğulları: İmnah, İşva, Yişvi, Bərya. Bacılarının adı Səra idi.
Bəryanın oğulları: Habir və Məlkiil.+
18 Bunlar Labanın qızı Ləyaya qulluqçu verdiyi Zülfədən+ doğulan oğullar idi. Yaqubun Zülfədən on altı övladı olmuşdu.
19 Yaqubun arvadı Rəhilədən doğulan oğulları: Yusif+ və Binyamin+.
20 Yusifin Misirdə On şəhərinin kahini Fitfirahın qızı Əsnatdan+ Mənəssə+ və Əfraim+ adında oğlu olmuşdu.
21 Binyaminin oğulları:+ Bələh, Bəkir, Əşbil, Qirah+, Neman, Əhi, Ruş, Muffim, Huffim+ və Ard.+
22 Bunlar Yaqubun Rəhilədən doğulan oğullarıdır. Yaqubun Rəhilədən on dörd övladı olmuşdu.
24 Niftalının+ oğulları: Yəsail, Quni, Yasir və Şəlim.+
25 Bunlar Labanın qızı Rəhiləyə qulluqçu verdiyi Bəlhədən doğulan oğullar idi. Yaqubun Bəlhədən yeddi oğlu olmuşdu.
26 Yaqubdan törəyən və onunla Misirə gələnlərin sayı, gəlinlərindən savayı, altmış altı nəfər idi.+ 27 Yusifin Misirdə iki oğlu olmuşdu. Yaqubun Misirə köçən ailəsi yetmiş nəfərdən ibarət idi.+
28 Yaqub Yəhudanı+ özündən qabaq göndərdi ki, Qoşenə getdiyini Yusifə xəbər versin. Nəhayət, onlar gəlib Qoşenə çatdılar.+ 29 Yusif arabasını hazırlayıb Qoşenə, atası İsraili qarşılamağa getdi. Onu görən kimi boynuna sarılıb xeyli ağladı. 30 İsrail Yusifə dedi: «İndi ki səni sağ-salamat gördüm daha ölsəm də, dərdim olmaz».
31 Yusif qardaşlarına və atasının ev əhlinə dedi: «Gedim firona xəbər verim,+ Kənanda yaşayan qardaşlarım və atamın ev əhli yanıma gəlib.+ 32 Onlar mal-heyvan saxlayır, çobanlıq edirlər.+ Bütün sürülərini və nələri varsa özləri ilə gətiriblər.+ 33 Firon sizi çağırıb soruşanda ki, nə işlə məşğulsunuz, 34 deyərsiniz: “Qulların ata-babaları kimi uşaqlıqdan mal-heyvan saxlayır”.+ Belə deyin ki, yaşamaq üçün sizə Qoşen+ torpağını versin. Çünki qoyun otaran hər kəs misirlilərin gözündə iyrəncdir».+