Hizqiyal
11 Ruh məni qaldırıb Yehovanın evinin şərq darvazasına, şərqə baxan darvazaya gətirdi.+ Orada, darvazanın ağzında iyirmi beş kişinin dayandığını gördüm. Xalqın əmirlərindən+ Azzur oğlu Əzniya və Bənayi oğlu Fəlati də onların arasında idi. 2 Allah mənə dedi: «Ey bəni-adəm, bunlar şər quran və şəhərdə bəd məsləhətlər verən adamlardır. 3 Deyirlər: “İndi ev tikməyin əsl vaxtıdır,+ şəhər qazandır*,+ biz isə ət”.
4 Odur ki, onlara qarşı peyğəmbərlik et. Peyğəmbərlik et, ey bəni-adəm!»+
5 Yehovanın ruhu üzərimə endi+ və O, mənə dedi: «De ki, Yehovanın sözü budur: “Düz deyirsiniz, ey İsrail əhli. Bilirəm başınızda nə fikirlər dolaşır. 6 Siz bu şəhərdə çoxlarının qanına bais olmusunuz. Küçələri meyitlərlə doldurmusunuz”».+ 7 «Bu səbəbdən Külli-İxtiyar Yehova belə deyir: “Bəli, şəhər qazandır,+ amma ət şəhərdə yerə sərdiyiniz cəsədlərdir. Siz isə onun içindən çıxarılacaqsınız”».
8 «Qılıncdan qorxurdunuz,+ elə qılıncı da üstünüzə göndərəcəyəm, — deyir Külli-İxtiyar Yehova. — 9 Mən sizi oradan çıxarıb yağıların əlinə verəcəyəm, sizə çıxardığım hökmü icra edəcəyəm.+ 10 Qılıncın ağzına veriləcəksiniz.+ Sizi İsrailin hüdudlarında mühakimə edəcəyəm,+ onda biləcəksiniz ki, Mən Yehovayam.+ 11 Nə şəhər sizin üçün qazan olacaq, nə də siz onun içində ət olacaqsınız. Sizi İsrailin hüdudlarında mühakimə edəcəyəm, 12 onda biləcəksiniz ki, Mən Yehovayam, ona görə ki, siz Mənim qayda-qanunlarımla getmədiniz, hökmlərimə əməl etmədiniz,+ əksinə, ətrafınızdakı xalqların hökmlərilə oturub-durdunuz».+
13 Peyğəmbərlik sözləri ağzımdan çıxar-çıxmaz Bənayi oğlu Fəlati öldü. Mən üzüstə yerə döşənib uca səslə fəryad etdim: «Aman, Külli-İxtiyar Yehova! İsrailin yerdə qalanını da məhv edəcəksən?»+
14 Mənə yenə Yehovanın sözü nazil oldu: 15 «Ey bəni-adəm, Yerusəlim sakinləri sənin soydaşlarına*, torpağı geri almaq hüququ olan soydaşlarına, habelə bütün İsrail əhlinə belə sözlər deyirlər: “Qalın Yehovadan uzaqda. Torpaq bizimdir, o, bizə mülk verilib”. 16 Sən isə de ki, Külli-İxtiyar Yehova belə deyir: “Onları xalqların arasına sürgün etsəm də, ölkələrə səpələsəm də,+ səpələndikləri ölkələrdə onlar üçün qısa bir müddət müqəddəs məkan olacağam”.+
17 Buna görə də de ki, Külli-İxtiyar Yehova belə deyir: “Həm də sizi xalqların arasından, pərən-pərən düşdüyünüz ölkələrdən yığacaq və İsrail torpağını sizə verəcəyəm.+ 18 Ora qayıdıb ölkəni iyrənc şeylərdən, murdar əməllərdən təmizləyəcəksiniz.+ 19 Mən sizə vahid ürək verəcəyəm,+ daxilinizə yeni ruh üfürəcəyəm,+ köksünüzdən daş ürəyi+ qoparıb ətdən ürək* verəcəyəm ki,+ 20 Mənim qayda-qanunlarımla gedəsiniz, hökmlərimə tabe olub riayət edəsiniz. Onda siz Mənim xalqım olacaqsınız, Mən də sizin Allahınız”.
21 “Lakin iyrənc şeylərə bağlı qalanların, murdar əməllərində israr edənlərin əməllərinin nəticəsini qabaqlarına çıxaracağam”. Külli-İxtiyar Yehova belə deyir».
22 Kərrublar qanadlarını qaldırdılar. Çarxlar onların yanında,+ İsrailin Allahının calalı isə onların başı üstündə idi.+ 23 Sonra Yehovanın calalı+ şəhərin üstündən qalxıb şəhərdən şərqdə yerləşən dağın+ üstündə dayandı. 24 Allahın ruhunun göstərdiyi görüntüdə ruh məni qaldırıb Kəldana sürgün olunmuş xalqın yanına apardı. Sonra mənə görünən görüntü yox oldu. 25 Mən Yehovanın göstərdiyi hər şeyi sürgündə olan xalqa danışmağa başladım.