İkinci Padşahlar
24 Yəhyakimin dövründə Babil padşahı Navuxodonosor+ Yəhudaya yürüş etdi. Yəhyakim üç il ona qulluq etdi, amma sonra üsyan etdi. 2 Yehova onun üstünə kəldanilərin+, aramilərin, muabilərin, əmunilərin basqınçı dəstələrini göndərdi. Yehova peyğəmbərləri vasitəsilə dediyi kimi, Yəhudanı darmadağın etmək üçün onları göndərirdi.+ 3 Bütün bunlar Yəhudanın başına Yehovanın əmri ilə gəlirdi. Allah onları önündən yox etmək istəyirdi,+ çünki Mənəssə çoxlu günah etmişdi,+ 4 o qədər günahsız qan tökmüşdü+ ki, Yerusəlimi qana qərq etmişdi. Yehova bunu bağışlamaq istəmədi.+
5 Yəhyakimin qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.+ 6 Yəhyakim ata-babalarına qovuşdu.+ Oğlu Yəhyakin onun yerinə taxta çıxdı.
7 Misir padşahı bir də öz ölkəsindən çıxmadı, çünki Babil padşahı Misir vadisindən+ Fərat çayına+ qədər Misir padşahının bütün torpaqlarını tutmuşdu.+
8 Yəhyakin+ taxta çıxanda on səkkiz yaşında idi və üç ay Yerusəlimdə hakimiyyət sürdü.+ Onun anası yerusəlimli Əlnətanın qızı Nəhuşta idi. 9 Yəhyakin atası kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü. 10 Həmin vaxt Babil padşahı Navuxodonosorun adamları Yerusəlimə qarşı yürüş edib şəhəri mühasirəyə aldılar.+ 11 Şəhər mühasirədə ikən Babil padşahı Navuxodonosor ora gəldi.
12 Yəhuda padşahı Yəhyakin anası, əyanları, əmirləri, saray məmurları+ ilə birlikdə Babil padşahının qarşısına çıxdı.+ Babil padşahı öz hakimiyyətinin səkkizinci ilində onu əsir apardı.+ 13 O, Yehovanın məbədinin xəzinəsini və saray xəzinəsini götürdü.+ İsrail padşahı Süleymanın Yehovanın məbədi üçün düzəltdiyi bütün qızıl əşyaları parça-parça etdi. Yehovanın dediyi kimi oldu.+ 14 Bütün Yerusəlim əhlini, əmirləri+, igid adamları, sənətkarları, dəmirçiləri* əsir apardı.+ Ümumilikdə 10 000 nəfər əsir getdi. Fağır-füqəradan başqa ölkədə heç kim qalmadı.+ 15 Beləcə, o, Yəhyakini Babilə əsir apardı.+ Həmçinin padşahın anasını, arvadlarını, saray məmurlarını və ölkənin ən nüfuzlu adamlarını Yerusəlimdən Babilə sürgün elədi. 16 Babil padşahı 7000 döyüşçünün hamısını, 1000 sənətkar və dəmirçini* Babilə apardı. Onların hamısı döyüş təlimi almış igidlər idi. 17 Babil padşahı Yəhyakinin yerinə onun əmisi Mətənyahı+ taxta çıxardı və adını dəyişib Sidqiyyə qoydu.+
18 Sidqiyyə taxta çıxanda iyirmi bir yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası libnalı Ərəmyanın qızı Xamutal idi.+ 19 O da Yəhyakim kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü.+ 20 Yehova qəzəbləndiyi üçün Yerusəlim və Yəhudanın başına bu işlər gəlirdi. Axırda Allah onları önündən rədd etdi.+ Sidqiyyə Babil padşahına üsyan etdi.+