Ərəmya
33 Keşikçi həyətində dustaq olanda+ Ərəmyaya ikinci dəfə Yehovanın sözü nazil oldu: 2 «Yeri xəlq edən Yehova, ona quruluş verib möhkəm bərqərar edən Yehova, adı Yehova olan Allah belə deyir: 3 “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə məmnuniyyətlə bildirim”».+
4 «İsrailin Allahı Yehova mühasirə bəndləri və qılınc ucbatından yerlə yeksan olan bu şəhərdəki evlər və Yəhuda padşahlarının evləri barədə,+ 5 qeyz-qəzəbilə öldürdüyü, pis əməlləri ilə Onu bu şəhəri tərk etməyə vadar edənlər barədə — kəldanilərlə döyüşmək üçün gəlib şəhəri öz meyitləri ilə dolduran kəslər barədə belə deyir: 6 “Mən bu şəhərə sağlamlıq, şəfa verəcəyəm.+ Onları sağaldacağam. Onlara dinclik, əmin-amanlıq bəxş edəcəyəm.+ 7 Yəhudadan və İsraildən sürgünə gedənləri geri qaytaracağam.+ Onları əvvəlki kimi dirçəldəcəyəm.+ 8 Onları Mənə qarşı etdikləri günahlardan, təqsirlərdən təmizləyəcəyəm.+ Mənə qarşı etdikləri günahları, təqsirləri, asilikləri əfv edəcəyəm. + 9 Onlara etdiyim bütün yaxşılıqları eşidən dünya xalqlarının önündə bu şəhərin adı Məni ucaldacaq, bu şəhərə görə Məni vəsf edəcəklər, şərəfləndirəcəklər.+ Onlar şəhərə göstərdiyim kəramətə, bəxş etdiyim əmin-amanlığa görə qorxub-titrəyəcəklər”».+
10 «Yehova belə deyir: “Sizin “xaraba qalıb, adam, heyvan yoxdur” deyəcəyiniz bu yerdə, viranə, adamsız, heyvansız qalan Yəhuda şəhərlərində, Yerusəlim küçələrində yenə də 11 sevinc, şadlıq harayı,+ bəy-gəlin səsi, “ordular Allahı Yehovaya həmd edin, çünki Yehova kəramətlidir,+ məhəbbəti əbədidir!” deyənlərin səsi eşidiləcək!”+
“Yehovanın evinə şükran qurbanları gətirəcəklər,+ çünki bu ölkədən sürgün olunanları geri qaytaracağam, onlar əvvəlki kimi olacaqlar”, — bəyan edir Yehova».
12 «Ordular Allahı Yehova belə deyir: “İnsansız, heyvansız qalmış bu xaraba məmləkətdə, onun şəhərlərində yenə də örüşlər olacaq, çobanlar sürülərini otaracaq”.+
13 “Dağlıq bölgədəki, düzənlikdəki şəhərlərdə, cənub şəhərlərində, Binyamin torpağında, Yerusəlimin ətrafında,+ Yəhuda şəhərlərində+ yenə də çobanlar qoyun-quzularını sayacaq”, — deyir Yehova».
14 «“Gün gələcək, — Yehova bəyan edir, — İsrail və Yəhuda evi ilə bağlı verdiyim gözəl vədi yerinə yetirəcəyəm.+ 15 O günlərdə, o zaman Davudun nəslindən saleh pöhrə çıxaracağam.+ O, ölkədə salehliklə, haqq-ədalətlə davranacaq.+ 16 O günlərdə Yəhuda xilas olacaq,+ Yerusəlim əmin-amanlıqda yaşayacaq.+ Onu “Salehliyimiz Yehovadandır” deyib çağıracaqlar”».+
17 «Yehova belə deyir: “İsrail evinin taxtında həmişə Davudun sülaləsi olacaq.+ 18 Yandırma qurbanları və başqa qurbanlar təqdim etmək, taxıl təqdimələri yandırmaq üçün önümdə həmişə lavili kahinlər olacaq”».
19 Yenidən Ərəmyaya Yehovanın sözü nazil oldu: 20 «Yehova belə deyir: “Əgər gündüz, gecə öz vaxtında olmasın deyə, gündüzlə, gecə ilə bağlı əhdimi poza bilsəniz,+ 21 yalnız onda qulum Davudla bağladığım əhd pozula bilər,+ Davudun taxtında onun sülaləsindən heç kim oturmaz.+ Xidmətçilərim lavili kahinlərlə bağladığım əhd də yalnız onda pozula bilər.+ 22 Qulum Davudun, Mənə xidmət edən lavililərin övladlarını saya-hesaba gəlməyən səma ordusu qədər, dəniz qumu qədər çoxaldacağam”».
23 Ərəmyaya yenə Yehovanın sözü nazil oldu: 24 «Fikir verirsən, bu xalq nə deyir: “Yehova vaxtilə seçdiyi iki nəsli rədd edəcək”? Onlar Mənim xalqımı alçaldır, artıq onu xalq hesab etmir.
25 Yehova belə deyir: “Gündüzlə, gecə ilə bağlı əhdimi,+ yerin, göyün qanunlarını təsis edib pozmadığım kimi,+ 26 Yaqub nəslini*, qulum Davudun nəslini də heç vaxt rədd etməyəcəyəm. İbrahimin, İshaqın və Yaqubun övladları üzərində onun nəsli hökmranlıq edəcək. Çünki Mən onlardan sürgünə gedənləri geri gətirəcəyəm,+ onlara rəhm edəcəyəm”».+