Korinflilərə birinci məktub
6 Aranızda birinin digəri ilə çəkişməsi olanda+ o, müqəddəslərin yanına getmək əvəzinə, necə cürət edib məhkəməyə, imansızların yanına gedir? 2 Məgər bilmirsiniz ki, dünyanı müqəddəslər mühakimə edəcəklər?+ Siz dünyanı mühakimə edəcəksiniz, ancaq xırda işlərin qabağında acizsiniz? 3 Məgər bilmirsiniz ki, biz mələkləri mühakimə edəcəyik?+ Elə isə, onda nəyə görə bu həyata aid məsələləri özümüz həll etməyək? 4 Ancaq əgər həll ediləsi işləriniz varsa,+ nəyə görə yığıncağın bəyənmədiyi adamları hakim seçirsiniz? 5 Bunları sizi utandırmaq üçün deyirəm. Məgər qardaşlar arasında hakimlik etmək üçün aranızda bircə nəfər də hikmətli adam yoxdur? 6 Ancaq iş gör nə yerə çatıb ki, qardaş qardaşı məhkəməyə çəkib aparır, özü də imansızların qabağına!
7 Əslində, bir-birinizlə çəkişməyiniz artıq sizin məğlubiyyətiniz deməkdir. Çəkişməkdənsə, niyə də haqsızlığa qatlaşmayasınız?+ Sizə fırıldaq gəlsələr də, nəyə görə buna dözməyəsiniz? 8 Siz isə haqsızlıq edirsiniz, fırıldaq gəlirsiniz, özü də kimə, qardaşlarınıza!
9 Məgər bilmirsiniz ki, saleh olmayanlar Allahın Padşahlığına girməyəcəklər?+ Aldanmayın. Nə əxlaqsızlar*,+ nə bütpərəstlər,+ nə zinakarlar,+ nə kişi fahişələr*,+ nə kişibazlar,+ 10 nə oğrular, nə tamahkarlar,+ nə içki düşkünləri,+ nə təhqiramiz danışanlar, nə də soyğunçular Allahın Padşahlığına girməyəcəklər.+ 11 Sizlərdən də bəziləri belə idi. Ancaq siz Allahımızın ruhu ilə və Ağamız İsa Məsihin adı ilə yuyulub təmizləndiniz,+ müqəddəs edildiniz,+ saleh sayıldınız.+
12 Hər şeyi etməyə haqqım var, ancaq hər şey faydalı deyil.+ Hər şeyi etməyə haqqım var, ancaq nəyinsə məni idarə etməsinə yol vermərəm. 13 Yemək qarın üçün, qarın da yemək üçündür, lakin Allah onların hər ikisini yox edəcək.+ Bədən də əxlaqsızlıq üçün yox, Ağamız üçündür,+ Ağamız da bədən üçündür. 14 Allah Öz gücü+ ilə Ağamızı diriltdiyi+ kimi, bizi də dirildəcək.+
15 Məgər bilmirsiniz ki, hər birinizin bədəni Məsihin bədəninin üzvüdür?+ Belə isə, Məsihin bədəninin üzvünü götürüb fahişənin bədəninə calamaq heç mənə yaraşar? İraq olsun! 16 Yoxsa bilmirsiniz ki, fahişə ilə yaxınlıq edən onunla bir bədən olur? Axı Allah belə deyir: «İkisi bir bədən olacaq».+ 17 Ağamızla birləşən isə onunla bir vəhdət təşkil edir*.+ 18 Əxlaqsızlıqdan qaçın.+ İşlənən digər günahlar bədəndən xaricdə işlənir, lakin əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir.+ 19 Məgər bilmirsiniz ki, sizin bədəniniz Allahdan gələn+ və sizdə olan müqəddəs ruh üçün bir məbəddir?+ Siz özünüzə məxsus deyilsiniz,+ 20 çünki baha qiymətə alınmısınız.+ Buna görə də bədəninizlə+ Allahı şərəfləndirin.+