Yaradılış
34 Yaqubun Ləyadan doğulan qızı Dinə+ o ölkənin qızlarının+ yanına gedir, onlarla vaxt keçirirdi. 2 Ölkənin böyük adamlarından biri olan hivi+ Hamurun oğlu Siham Dinəni gördü, onu aparıb namusuna toxundu. 3 O, Yaqubun qızı Dinəyə vurulub ona ürəkdən bağlandı; şirin sözlərlə qızın ürəyini ələ almağa çalışdı. 4 Axırda Siham atası Hamura+ dedi: «Bu qızı mənə al».
5 Yaqub Sihamın Dinəni ləkələdiyini eşidəndə oğlanları otlaqda sürülərin yanında idi. Buna görə də səsini çıxarmayıb oğlanlarının gəlişini gözlədi. 6 Sihamın atası Hamur Yaqubun yanına gəldi ki, onunla danışsın. 7 Amma Yaqubun oğlanları Dinənin başına gələnləri eşitdilər və dərhal otlaqdan qayıtdılar. Bu hadisə onlara yaman toxunmuşdu, onlar qəzəb içində idilər, çünki Siham İsraili rüsvay etmişdi: onun qızı ilə yatmışdı.+ Onun tutduğu bu iş yolverilməz idi.+
8 Hamur onlara dedi: «Qızınız oğlum Sihamın qəlbinə hakim kəsilib. Xahiş edirəm, onu oğluma verin. 9 Gəlin qohum olaq. Biz sizdən qız alaq, siz də bizdən.+ 10 Aramızda yaşayın. Torpaq sizin ixtiyarınızda olacaq. Yaşayın, alış-veriş edin, burada kök salın». 11 Sonra Siham dillənib qızın atasına və qardaşlarına dedi: «Sizin lütfünüzü qazanmaq üçün hər nə istəsəniz, verərəm. 12 Nə qədər böyük başlıq, hədiyyə istəsəniz,+ verməyə hazıram, bircə qızı mənə verin».
13 Yaqubun oğlanları bacıları Dinəni ləkələdiyinə görə Sihama və atası Hamura hiylə ilə dedilər: 14 «Bu mümkün deyil, bacımızı sünnət olunmamış+ adama verib özümüzü rüsvay edə bilmərik. 15 Ancaq o vaxt razı ola bilərik ki, bütün kişiləriniz bizim kimi sünnət olunsun.+ 16 Onda sizə qız verər, sizdən də qız alarıq. Sizin aranızda yaşayıb bir xalq olarıq. 17 Yox əgər dediyimizi edib sünnət olunmasanız, qızımızı da götürüb gedəcəyik».
18 Onların sözü Hamurun+ və oğlu Sihamın+ xoşuna gəldi. 19 Gənc onların şərtini ləngimədən yerinə yetirdi,+ çünki Yaqubun qızından çox xoşu gəlirdi. Üstəlik, o, atasının evində ən hörmətli adam idi.
20 Hamurla oğlu Siham şəhər darvazasına gedib şəhərin kişilərinə dedilər:+ 21 «Bu adamlar bizimlə yaxşı münasibətdə olmaq istəyirlər. Qoy onlar bizim torpaqda yaşayıb alış-veriş etsinlər. Onsuz da ölkəmiz böyükdür, onların hamısına yer çatar. Biz onlardan qız alarıq, onlar da bizdən.+ 22 Ancaq onlar bir şərtlə bizim aramızda yaşayıb bizimlə bir xalq olmağa razıdırlar: gərək bütün kişilərimiz onlar kimi sünnət olunsun.+ 23 Belə etsək, onların bütün mal-mülkü, var-dövləti, mal-heyvanı bizim olacaq. Gəlin onlara razılığımızı verək, bizimlə yaşasınlar». 24 Onda şəhər darvazasının yanında yığışanların hamısı Hamurla Sihamın dediyi ilə razı oldu. Beləcə, bütün kişilər — şəhər darvazasının yanında yığışanların hamısı sünnət olundu.
25 Ancaq sünnət olunmalarının üçüncü günü, hələ ağrı çəkərkən Yaqubun iki oğlu, Dinənin qardaşları+ Şəmun və Lavi şəhərə girib heç kimdə şübhə oyatmadan şəhər kişilərini qılıncdan keçirdilər.+ 26 Hamuru da, oğlu Sihamı da öldürdülər. Sonra bacıları Dinəni Sihamın evindən götürüb getdilər. 27 Yaqubun o biri oğlanları gəlib kişiləri öldürülmüş şəhəri taladılar, çünki onların bacısını ləkələmişdilər.+ 28 Onların qoyun-quzularını, mal-qaralarını, eşşəklərini, şəhərdə və sahədə olan hər şeylərini apardılar. 29 Var-yoxlarını qarət etdilər, bütün uşaqları, qadınları əsir götürdülər, evlərini talan etdilər.
30 Onda Yaqub Şəmunla Laviyə dedi:+ «Siz mənim başıma bəla açdınız, məni bu torpağın sakinlərinin, kənanilərin, fərizilərin nifrətinə ürcah etdiniz. Mənim nə adamım var ki? Birləşib üstümə hücum çəkəcək, məni də, evimdəkiləri də tələf edəcəklər». 31 Onlarsa cavab verib dedilər: «Bəs bizim bacımızla fahişə kimi rəftar edəndə yaxşı idi?»