Məsəllər
27 Sabahla öyünmə,
Çünki sabahın nə doğacağını bilmirsən.+
2 Özün özünü tərifləmə, qoy səni başqası tərifləsin,
Qoy başqalarının dili sənə tərif desin, özününkü yox.+
3 Daş da ağırdır, qum da,
Amma axmağın yaratdığı dilxorçuluq ikisindən də ağırdır.+
5 Açıq məzəmmət gizli məhəbbətdən yaxşıdır.+
6 Dostun vurduğu yara sədaqətindəndir.+
Düşmən isə öpdükcə öpər*.
7 Tox adam şanı balını da rədd edər,
Amma ac adama acı da şirin gələr.
8 Yurdundan didərgin düşən adam
Yuvasından ayrı düşən quşa bənzər.
9 Könlü xoşhal eylər yağ ilə buxur,
Bir də ki saf öyüddən doğan şirin dostluq.+
10 Nə öz dostunu, nə də atanın dostunu atma,
Dar günündə qardaşının evinə getmə.
Yaxın qonşu uzaqdakı qardaşdan yaxşıdır.+
13 Özgədən ötrü zamin duranın libasını al,
Yadelli qadından ötrü zamin durarsa, ondan girov al.+
14 Kim uca səslə səhər sübhdən başqasına alqış oxuyarsa,
Onun alqışı qarğış sayılar.
15 Davakar* arvad yağışlı gündə daman dama bənzər.+
16 Onu cilovlamaq küləyi tutmağa,
Sağ ovucda yağı saxlamağa bənzər.
19 Camalın əksi suya düşər,
Bir adamın ürəyi də o birinin ürəyini əks etdirər.
22 Həvəngdəstədə buğda döyən kimi
Axmağı döysən də,
Axmaqlığı canından çıxmaz.
24 Çünki var-dövlət həmişəlik deyil,+
Tac da əbədilik nəsildən-nəslə keçməz.
25 Yaşıl ot yox olar, yerinə təzəsi bitər,
Dağların otunu yığarlar.
26 Qoçların səni geyindirər,
Təkələrdən tarla pulu çıxar.
27 Keçilərin o qədər süd verər ki,
Özün də, külfətin də, qarabaşların da doyar.