Yəhyaya nazil olmuş vəhy
4 Bundan sonra mən göydə bir açıq qapı gördüm. Eşitdiyim səs, mənimlə danışan birinci səs kərənay səsinə bənzəyirdi. O, mənə dedi: «Bura qalx, mən sənə baş verəcək hadisələri göstərəcəyəm». 2 Bundan dərhal sonra müqəddəs ruhun gücü məni bürüdü və budur: göydə bir taxt durub. Taxtda bir nəfər əyləşmişdi.+ 3 Onun görkəmi yəşəm daşına+ və sard daşına* bənzəyirdi. Taxt zümrüdə bənzər göy qurşağı ilə dövrələnmişdi.+
4 Həmin taxtın ətrafında iyirmi dörd taxt dururdu. Bu taxtlarda iyirmi dörd ağsaqqal+ əyləşmişdi. Onların əynində ağ libas, başlarında qızıl tac var idi. 5 Taxtdan ildırımlar+ və şimşəklər çaxır,+ səslər gəlirdi. Onun qarşısında yeddi məşəl yanırdı. Bu məşəllər Allahın yeddi ruhunu təmsil edir.+ 6 Taxtın önündə, sanki, büllura bənzər şüşə dəniz+ var idi.
Ortada, taxt duran yerdə, taxtın dörd tərəfində dörd məxluq durmuşdu.+ Onlar qabaqdan və arxadan gözlərlə örtülmüşdü. 7 Birinci məxluq şirə+, ikinci məxluq buğaya+, üçüncü məxluq sifətdən insana+, dördüncü məxluq+ uçan qartala+ bənzəyirdi. 8 Bu dörd məxluqun hər birinin altı qanadı vardı. Qanadların içi də, çölü də gözlərlə örtülmüşdü.+ Məxluqlar gecə-gündüz yorulmadan: «Var Olan, Var Olmuş və Zühur Edəcək,+ Qadir Allah Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»+ — deyirdilər.
9 Bu məxluqlar hər dəfə taxtda oturanı, əbədi yaşayanı+ şan, şərəf və şükranla alqışlayanda 10 iyirmi dörd ağsaqqal taxtda oturanın qarşısında diz çöküb+ əbədi yaşayana səcdə qılır, başlarındakı tacları taxtın qarşısına atıb deyirdilər: 11 «Allahımız Yehova, Sən şana+, şərəfə+, qüdrətə+ layiqsən! Çünki hər şeyin yaradanı Sənsən+ və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı».