Birinci Yəhya
4 Əzizlərim, eşitdiyiniz hər vəhyə* inanmayın.+ Vəhylərin Allahdan olub-olmadığını yoxlayın,+ çünki dünyada çoxlu yalançı peyğəmbər peyda olub.+
2 Allahdan gələn vəhyi belə tanımaq olar: İsa Məsihin insan cismində gəldiyini təsdiq edən vəhy Allahdandır.+ 3 İsanı qəbul etməyən vəhy isə Allahdan deyil.+ Bu, Məsih əleyhdarının ilhamlandırdığı vəhydir. Siz bu vəhyin dünyaya gələcəyini eşitmisiniz+ və o, artıq dünyadadır.+
4 Əziz balalar, siz Allahdansınız və belə adamlara qalib gəlmisiniz,+ çünki sizinlə vəhdətdə Olan+ bu dünya ilə vəhdətdə olandan böyükdür.+ 5 Onlar dünyadandırlar;+ buna görə də dünyanın dilində danışırlar və dünya onlara qulaq asır.+ 6 Biz isə Allahdanıq. Allahı tanımış insan bizə qulaq asır,+ Allahdan olmayan isə bizə qulaq asmır.+ Həqiqətdən doğan vəhyləri və yalandan doğan vəhyləri beləcə ayırd edirik.+
7 Əzizlərim, gəlin bir-birimizi sevək,+ çünki məhəbbət Allahdandır, sevən insan Allahın övladıdır və Allahı tanıyır.+ 8 Sevməyən insan Allahı tanımamışdır, çünki Allah məhəbbətdir.+ 9 Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah ilkin Oğlunu+ dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq.+ 10 Məhəbbət ondadır ki, biz Allahı yox, O, bizi sevdi və Oğlunu günahlarımızı örtən kəffarə qurbanı kimi dünyaya göndərdi.+
11 Əzizlərim, Allah bizi belə sevdisə, biz də bir-birimizi sevməyə borcluyuq.+ 12 Allahı heç kim heç vaxt görməyib;+ əgər bir-birimizi seviriksə, Allah bizdə yaşayır və Onun məhəbbəti bizdə kamilliyə yetişir.+ 13 Bizim Onunla və Onun bizimlə vəhdətdə olduğunu bizə Öz ruhunu verdiyindən bilirik. 14 Biz bunu şəxsən görmüşük və şəhadət edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı kimi göndərib.+ 15 Kim İsa Məsihi Allahın Oğlu kimi qəbul edirsə,+ Allah onunla vəhdətdədir, o da Allahla vəhdətdədir.+ 16 Biz də Allah sevgisini tanımışıq və bu məhəbbətə inanmışıq.+
Allah məhəbbətdir+ və məhəbbətlə yaşayan Allahla vəhdətdədir, Allah da onunla vəhdətdədir.+ 17 Beləcə, məhəbbət ürəyimizdə kamilliyə yetişir ki, hökm günündə alnıaçıq+ olaq, çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. 18 Məhəbbətdə qorxu yoxdur.+ Kamil məhəbbət qorxunu qovur. Qorxu insanı buxovlayır, buna görə də qorxan adamın məhəbbəti kamilliyə çatmamışdır.+ 19 Bizə gəlincə, biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi.+
20 Kim dildə «Allahı sevirəm» deyib, qardaşına nifrət edirsə, o, yalançıdır,+ çünki gördüyü qardaşını sevməyən+ adam görmədiyi Allahı sevə bilməz.+ 21 Ondan aldığımız əmr budur: Allahı sevən qardaşını da sevməlidir.+