Əşiya
1 Yəhuda padşahları+ Üziyyə+, Yutəm+, Əhəz+ və Hizqiyyənin+ dövründə Amuz oğlu Əşiyanın*+ Yəhuda və Yerusəlimlə bağlı aldığı vəhy.
2 Dinləyin, ey göylər, eşit, ey yer!+
Yehova belə deyir:
3 Öküz yiyəsini,
Eşşək sahibinin axurunu yaxşı tanıyır.
Lakin İsrail Məni tanımır,+
Mənim Öz xalqım qanmazlıq edir».
5 Nə qədər döyülmək olar?
Bəsdir üsyan etdiniz!+
Başınızı yara basıb, ürəyiniz azara düşüb.+
6 Təpədən dırnağacan bədəninizdə salamat yer yoxdur.
Yaralarınız, qançırlarınız, yeri soyumamış zədələriniz təmizlənməyib, sarınmayıb,
Onlara məlhəm qoyulmayıb.+
7 Ölkəniz viranə qalıb,
Şəhərləriniz yandırılıb,
Yadellilər gözünüz baxa-baxa yurdunuzu talan edir,+
Hər yan xarabalıqdır, sanki, ölkəyə yağılar basqın edib.+
8 Sion qızı üzümlükdəki çardaq,
Xiyar bostanındakı koma kimi,
Mühasirəyə alınmış şəhər kimi tərk edilib.+
10 Siz, ey zalım Sədum başçıları, Yehovanın sözünə qulaq asın!+
Allahımızın qanununu dinləyin, ey Əmurə sakinləri!+
11 Yehova deyir: «Sizin çoxsaylı qurbanlarınız nəyimə gərəkdir?+
12 Kim sizdən hüzuruma gəlməyi,+ Məbədimin həyətini tapdalamağı istəyib?+
13 Bəsdir daha mənasız taxıl təqdiməsi gətirdiniz!
Buxur təqdiməniz Məndə ikrah doğurur.+
Təzə ay mərasimləri,+ şənbələr+, toplantılar+...
Təntənəli məclis çağırarkən sehrli qüvvələrə üz tutmağınıza dözə bilmirəm.+
14 Təzə ay mərasimlərinizdən, bayramlarınızdan zəhləm gedir.
Onlar mənim üçün yükə çevrilib,
Onları daşımaqdan yorulmuşam.
15 Siz əllərinizi göyə qaldıranda
Gözlərimi yumuram.+
17 Yaxşılıq etməyi öyrənin, ədalətə can atın,+
Zalımı düz yola çəkin,
Yetimin haqqını qoruyun,
Dul qadına himayədarlıq edin».+
18 Yehova deyir: «Gəlin aramızdakı məsələləri həll edək.+
Günahlarınız al-qırmızı olsa da,
Onları qar kimi ağappaq edəcəyəm,+
Tünd-qırmızı parça rəngdə olsa da,
Onları yun kimi edəcəyəm.
19 İtaətkar olub sözə baxsanız,
Torpağın nemətlərindən yeyəcəksiniz.+
20 Yox əgər dikbaşlıq edib sözümə qulaq asmasanız,
Qılınc ağzına düşəcəksiniz.+
Bunu deyən Yehovadır!»
21 Gör sadiq şəhər+ necə dönüb fahişə oldu!+
23 Başçılarınız dikbaşdır, oğrularla əlbirdir.+
Hər biri rüşvət hərisidir, bəxşiş dalınca düşür.+
Yetimin haqqını qorumur,
Dul qadın onların qapısına düşə bilmir.+
24 Buna görə Rəbb, ordular Allahı Yehova,
İsrailin qüdrətli Allahı bəyan edir:
«Yetər! Əleyhdarlarımdan azad olacağam,
Düşmənlərimdən qisas alacağam.+
25 Əlim sənə qarşı qalxacaq,
Səni əridib zir-zibildən təmizləyəcəyəm,
Bütün qatışığını arıtlayacağam.+
26 Sənə yenə də ilk vaxtlar olduğu kimi hakimlər,
Başlanğıcda olduğu kimi, məsləhətçilər verəcəyəm.+
Bundan sonra səni Salehlik şəhəri, Sadiq şəhər adlandıracaqlar.+
27 Sion ədalət sayəsində,
Ora qayıdanlar salehlik sayəsində qurtulacaq.+
29 Siz sevdiyiniz iri ağaclara görə xəcalət çəkəcəksiniz,+
30 Çünki siz yarpaqları solan böyük ağaca,+
Susuz qalan bağa bənzəyəcəksiniz.
31 Güclü adam kətan lifitək,
Əməyinin bəhrəsi isə qığılcım kimi olacaq.
İkisi də bir vaxtda alışıb yanacaq,
Alovunu söndürən olmayacaq».