Korinflilərə ikinci məktub
10 Deyilənlərə görə, aranızda olarkən gözə çarpmayan,+ uzaqda ikən sizinlə cəsarətli olan+ mən Bulus, Məsihin həlimliyi+ və xeyirxahlığı ilə sizə yalvarıram. 2 Rica edirəm, elə davranın ki, yanınıza gələndə cismani insan kimi hərəkət etdiyimizi hesab edən bəzilərinə qarşı, fikirləşdiyim kimi, sərt ölçü götürməyim. 3 Biz bu dünyada yaşasaq da, bu dünyadakı insanlar kimi döyüşmürük. 4 Biz insan silahları+ ilə yox, Allahın verdiyi və güclü istehkamları yıxmağa qadir olan silahlarla+ döyüşürük. 5 Biz Allah haqqındakı biliyə qarşı çıxan hər cür fikri və maneəni aradan qaldırırıq,+ hər cür fikri əsir alıb Məsihə tabe etdiririk. 6 Biz hazır durmuşuq ki, siz tamamilə itaət edəndə hər cür itaətsizliyi cəzalandıraq.+
7 Siz zahirə baxırsınız. Əgər kimsə Məsihə məxsus olduğuna əmindirsə, qoy bu barədə bir də fikirləşsin: onun kimi, biz də Məsihə məxsusuq. 8 Ağa bizə sizi yıxmaq yox, möhkəmləndirmək ixtiyarı verib.+ Bu ixtiyarla bir az çox öyünmüşəmsə, yenə də utanmıram. 9 Elə bilməyin ki, məktublarımla sizi qorxutmaq fikrindəyəm. 10 Bəziləri deyirlər: «Onun məktublarında zəhm və qüvvə var, di gəl görkəmi fağır, nitqi heçdir». 11 Bu cür fikirləşən qoy bilsin ki, göndərdiyimiz məktublarda nə deyiriksə, yanınıza gələndə onu da edəcəyik.+ 12 Biz özünü öyən bəziləri ilə eyni səviyyədə olmağa, yaxud özümüzü onlarla müqayisə etməyə cürət etmirik.+ Özlərinə öz meyarları ilə qiymət verən və özlərini bir-biri ilə müqayisə edən bu adamlar düşüncəsizdirlər.+
13 Biz etmədiyimiz işlərlə yox, Allahdan aldığımız tapşırıqla öyünəcəyik. Siz də bu tapşırığa daxilsiniz.+ 14 Sizin yanınıza gələndə Allahdan aldığımız tapşırıqdan başqa bir iş görməmişdik. Amma sizə Məsih haqqında müjdəni çatdıran birinci biz olmuşuq.+ 15 Biz gördüyümüz işlərlə öyünürük, başqasının zəhməti ilə öyünmürük. Ümid edirik ki, imanınız gücləndikcə zəhmətimizi qiymətləndirəcəksiniz. Onda biz daha çox çalışacağıq ki, 16 müjdəni sizdən o tərəfdəki diyarlara da təbliğ edək və başqasının sahəsində görülmüş işlə öyünməyək. 17 «Öyünən qoy Yehova ilə öyünsün».+ 18 Yehovanın rəğbət bəslədiyi adam öz-özünü təqdim edən yox,+ Onun Özünün təqdim etdiyi adamdır.+