Qalatiyalılara məktub
5 Məsih bizi bu cür azadlıqdan ötrü azad etdi. Buna görə də mətin olun,+ yenidən köləlik boyunduruğu altına girməyin.+
2 Baxın, bunu sizə mən, Bulus deyirəm: əgər sünnət edilsəniz, Məsihin sizə heç bir faydası dəyməyəcək.+ 3 Bundan əlavə, sünnət edilən hər kəsə deyirəm: siz bütün Qanuna riayət etməyə borclusunuz.+ 4 Qanun vasitəsilə saleh sayılmağa çalışan+ hər kəsə deyirəm: siz Məsihdən ayrıldınız, onun lütfündən uzaqlaşdınız. 5 Biz isə ruh və iman sayəsində salehliyə yetişəcəyimizə ümid edirik və bunu səbirsizliklə gözləyirik. 6 Məsih İsa ilə vəhdətdə olanlar üçün sünnət və ya sünnətsizlik heç bir əhəmiyyət kəsb etmir.+ Ən əsası, məhəbbət vasitəsilə fəaliyyət göstərən imandır.
7 Siz yaxşı qaçırdınız.+ Bəs həqiqətə itaət etməyinizə kim mane oldu? 8 Belə bir fikri sizə təlqin edən sizi çağıran Allah deyil. 9 Azacıq maya bütün xəmiri acıdır.+ 10 Əminəm ki, Ağa ilə vəhdətdə olan sizlər+ mənimlə razılaşacaqsınız. Amma sizi çaşqınlığa salan+ hər kimdirsə, cəzasını çəkəcək. 11 Mənə gəlincə, qardaşlar, əgər mən hələ də sünnəti təbliğ etsəydim, heç məni təqib edərdilər? Onda işgəncə dirəyi*+ də heç kəs üçün maneə olmazdı. 12 Sizi çaşqınlığa salanları isə görüm axtalansınlar*!
13 Qardaşlar, siz azadlığa çağırılmısınız. Bircə bu azadlıqdan cismani istəklərin dalınca düşmək üçün fürsət kimi istifadə etməyin.+ Məhəbbətlə bir-birinizə xidmət edin.+ 14 Çünki bütün Qanun bir əmrlə icra edilir*: «Başqasını özünü sevdiyin kimi sev».+ 15 Ehtiyatlı olun, əgər bir-birinizlə didişirsinizsə,+ bu, sizi məhv edə bilər.+
16 Sizə deyirəm, ruhun göstərdiyi yolla gedin,+ onda əsla cismani istəkləri icra etməzsiniz.+ 17 Çünki cisim öz istəkləri ilə ruha qarşıdır, ruh da cismə qarşıdır. Bu qarşıdurma üzündən siz etmək istədiyinizi etmirsiniz.+ 18 Amma ruhun göstərdiyi yolla gedirsinizsə, deməli, qanunun tabeliyində deyilsiniz.
19 Günahlı bədənin əməlləri bəllidir. Bunlar əxlaqsızlıq*+, natəmizlik, azğınlıq*+, 20 bütpərəstlik, cindarlıq+, ədavət, münaqişə, kin, qəzəb, nifaq, parçalanma, təriqətçilik, 21 paxıllıq, sərxoşluq+, kef məclisləri və sairədir.+ Əvvəlki kimi, sizi yenə də xəbərdar edirəm: belə işlərlə məşğul olanlar Allahın Padşahlığına girməyəcəklər.+
22 Ruhun bəhrəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq*+, iman, 23 mülayimlik, özünə hakim olmaq+. Bunlara qarşı çıxan qanun yoxdur. 24 Bundan əlavə, Məsih İsaya məxsus olanlar bədəni onun ehtiras və istəkləri ilə birlikdə dirəyə mıxlayıblar+.
25 Əgər biz ruhun göstərdiyi yolla gediriksə, gəlin ruha müvafiq hərəkət edək.+ 26 Məğrur olmayaq,+ bir-birimizi rəqabətə təhrik etməyək,+ bir-birimizin paxıllığını çəkməyək.